Rusiyada rus dilini bilməyənlər işə götürülməyəcək

Rusiyanın Əmək və Sosial Müdafiə Nazirliyi rus dilini bilməyən miqrantların xidmət sektorunda işə götürülməsini qadağan edəcək. Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yeni hazırlanmış əmrə əsasən, ruslarla ünsiyyət tələb edən vəzifələrə dili bilməyən miqrantların işə götürülməsinə icazə verilməyəcək. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, bu peşələrə sürücülər, satıcılar və həkimlər daxildir. Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin isə Nazirlər Kabinetini miqrant kvotaları məsələsini nizama salmağa çağırıb. Əmək Nazirliyi isə bəyan edib ki, yalnız viza verilən ölkələrdən əcnəbi işçilərin cəlb edilməsi kvotaya tabedir. Bunlar əsasən Rusiya Federasiyasına vizası olan ölkələrdən, o cümlədən Çin, Hindistan, Türkiyə və digər ölkələrdən gəlmiş ixtisaslı işçilərdir.
Qeyd olunur ki, əməkçi miqrantlarla bağlı yeni qərar Dövlət Duması tərəfindən qəbul edilmiş və Federasiya Şurası tərəfindən təsdiq edilmiş “Rusiya Federasiyasında xarici vətəndaşların hüquqi statusu haqqında” Federal Qanunun 15-1 və 18-ci maddələrinə dəyişikliklər edilərək hazırlanıb.
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO












