Rusiyada yaşayan soydaşlarımızı niyə təqib edirlər? - EKSPERT

"Bu açıqlama Azərbaycana hədə-qorxu gəlməyə hesablanmış addımdır və Rusiyanın bundan sonra sakit duracağına inanmıram".
Avtosfer.az xəbər verir ki, bunu "Qaynarinfo"ya açıqlamasında siyasi şərhçi Elçin Şıxlı Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın Moskvanın Bakı ilə münasibətlərin tezliklə normallaşacağına ümid etdiyini və Azərbaycanın saxladığı Rusiya vətəndaşlarını azad etməsinin bu prosesə töhfə verə biləcəyi barədə bəyanatını şərh edərkən deyib.
Həmsöhbətimiz qeyd edir ki, Rusiya öz ərazisində azərbaycanlılara qarşı genişmiqyaslı təzyiq və repressiyalara başladığından Azərbaycanın onlarla əlaqələrinin yaxşılaşmasına, burada saxlanılan Rusiya vətəndaşlarının sərbəst buraxılmasının hansısa bir şəkildə müsbət nəticə verəcəyinə bir o qədər də inanmır:
"Vətəndaşlığından asılı olmayaraq azərbaycanlılara qarşı aparılan qeyri-qanuni hərəkətlər tək sadəcə Azərbaycanın gözünü qorxutmağa hesablanmayıb, həm də Rusiya büdcəsinin boş olduğundan irəli gəlir".

Ekspertin fikrincə, Rusiyada ölkə miqyasında bandit "razborka"sı aparırlar ki, oradakı Azərbaycan iş adamlarından daha çox maliyyə qoparıb, büdcələrini müəyyən mənada doldursunlar:
"Həm də burada məqsəd əllərinə keçən imkanlar hesabına Ukraynadakı işğalçı müharibə cəbhəsinə canlı qüvvə göndərməkdir. Bu mənada Rusiya XİN-in sözçüsünün həmin açıqlaması ölkəmizə hədə-qorxu gəlməyə hesablanıb. Moksva Azərbaycanla münasibətlərin yaxşılaşmasını istəsəydi, Mixail Qusmanı vəzifəsindən qovmazdı. O, Bakıda gəlib, burada forumda iştirak etdiyinə görə, vəzifəsindən qovulur".
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova brifinqdə Moskvanın Bakı ilə münasibətlərin tezliklə normallaşmasına ümid etdiyini və Azərbaycanda saxlanılan Rusiya vətəndaşlarının azad edilməsinin bu prosesə töhfə verə biləcəyini deyib:
"Biz tezliklə normallaşmanın baş verəcəyini düşünürük. Bu yolda mühüm addım Azərbaycan hakimiyyətinin saxladığı Rusiya vətəndaşlarının azadlığa buraxılması ola bilər”.
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA










