"Rusiyanı məhkəməyə vermək istəyirik" - Hökumənin atası

Aktau yaxınlığında qəzaya uğrayan Azərbaycan təyyarəsinin Rusiya hava məkanında vurulmasından yeddi aya yaxın vaxt keçir. Ancaq Rusiya rəsmiləri istintaq prosesi barədə Azərbaycana heç bir məlumat təqdim etməyib. Azərbaycan Rusiyadan günahını etiraf etməsini, təyyarəni vuranların cəzalandırılmasını və ailələrə təzminat ödənilməsini tələb edir. Rəsmi Bakı, həmçinin təyyarənin vurulmasına görə Rusiyanı məhkəməyə verməyə hazırlaşır. "Biz artıq Rusiya tərəfini məlumatlandırmışıq ki, beynəlxalq ədliyyə sisteminə müraciət edəcəyik. Biz müəyyən bir qovluq hazırlayırıq", - Prezident İlham Əliyev Xankəndidə keçirilən forumda bildirib. Avtosfer.az xəbər verir ki, qəza zamanı həyatını itirən Azərbaycan Milli Qəhrəmanı Hökumə Əliyevanın atası Cəlil Alıyev Modern.az-a açıqlamasında dövlətin bu qərarına sevindiyini bildirib. “Dövlətin də bu sahədə bizə dəstəyi çoxdur, amma mənim qızımın və təyyarədə ölən insanların qatilləri buna görə cavab verməlidir. Bizi bu sahədə yönləndirən, kömək edən, əlaqə yaradan olsa Rusiyanı qızını itirən ata kimi mən də məhkəməyə vermək istəyirəm. Dekabr ayından gözləyirik ki, bu cinayətin üstü açılacaq, hələ də gözləyirik”- deyə C. Alıyev qeyd edib. Xatırladaq ki, təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər isə sağ qalıb. İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO











