Rüstəm Muradov əsir Cəmil Babayevlə görüşdü - FOTO

Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı general-leytenant Rüstəm Muradov Ağdərədə erməni separatçıları tərəfindən əsir götürülən Azərbaycan hərbçisi Cəmil Babayev ilə görüşüb. Avtosfer.az xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb. Məlumata əsasən, görüş zamanı Rüstəm Muradov Cəmil Babayevin hazırkı vəziyyəti ilə maraqlanıb. Bildirilir ki, Cəmil Babayevin xahişi ilə ona yaxınları və ailə üzvləri ilə əlaqə saxlamaq imkanı yaradılacaq.
Qeyd edək ki, Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu Cəmil Babayev Qarabağda Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazidə erməni separatçıları tərəfindən əsir götürülüb. Ermənistan mətbuatı Azərbaycan əsgərinin əsir götürülmə anının videosunu yayıb.
Düşmən tərəfi bildirib ki, hərbçimiz avqustun 25-də Ağdərə şəhərindəki mənzillərdən birində aşkarlanıb. Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazidəki erməni separatçılar azərbaycanlı hərbçiyə “cinayət işi” açıblar.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, C.Babayev Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib. Bu səbəbdən onun haqqında cinayət işi başlanılıb, araşdırma aparılır.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı













