Rüşvətlə 11 şəxsi əsgərlikdən yayındıranlardan biri həbs edildi, digəri işdən çıxarıldı
Gündəm
17 Avqust 2021 15:30

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Sabunçu rayon idarəsinin vəzifəli şəxslərinin qanunsuz əməllərinə dair həmin Xidmətdən daxil olmuş material üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanaraq ibtidai istintaqı aparılır. İstintaqla Babayev Rövşən Əlixan oğlunun 08.11.2016-cı il tarixdən 08.05.2019-cu il tarixədək müddət ərzində SHXÇDX-nin Bakı şəhər Sabunçu rayon idarəsinin rəisi vəzifəsində işləyərkən idarənin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin baş zabiti Hüseynov Yaşar Ağahüseyn oğlu (hazırda SHXÇDX-nin Xəzər rayon idarəsinin şöbə rəisi) və digər şəxslərlə birgə qanuni əsaslar olmadan 11 şəxsin hərbi xidmətə yararsız hesab edilməsi müqabilində müxtəlif məbləğdə pul vəsaitini rüşvət qismində alması, vəzifə səlahiyyətlərindən sui-istifadə, habelə vəzifə saxtakarlığı etməsinə əsaslı şübhələr müəyyən edilib. Rövşən Babayev və Yaşar Hüseynova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.2.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma bir qrup şəxs tərəfindən törədildikdə), 341.2.3 (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma, ağır nəticələrə səbəb olduqda), 311.3.1 (rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), 311.3.2 (rüşvət alma, təkrar törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.
Prokurorluğun təqdimatı əsasında məhkəmə tərəfindən Rövşən Babayev barəsində həbs, Yaşar Hüseynov barəsində isə vəzifədən kənarlaşdırma, eləcə də istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilməsi məqsədilə intensiv istintaq hərəkətləri davam etdirilir. Babayev Rövşən Əlixan oğlunun qanunsuz əməllərindən zərər çəkmiş şəxslərdən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "161 - Qaynar xətt" əlaqə mərkəzinə müraciət etmələri xahiş olunur.
Oxunub : 1848
DİGƏR XƏBƏRLƏR
10 Oktyabr 2026 09:45
Yollarda duman var - Sürücülərin nəzərinə!
9 Oktyabr 2026 22:06
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
9 Oktyabr 2026 21:30
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
9 Oktyabr 2026 20:17
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
9 Oktyabr 2026 17:46
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
9 Oktyabr 2026 17:35
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
9 Oktyabr 2026 16:41
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
9 Oktyabr 2026 15:48
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
9 Oktyabr 2026 13:00
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
9 Oktyabr 2026 11:00
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
9 Oktyabr 2026 10:34
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
9 Oktyabr 2026 10:00
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
ŞƏRH YAZ












