Rza Pəhləvi Trampı İrandakı vəziyyətə müdaxilə etməyə hazır olmağa çağırıb

Son İran şahının böyük oğlu Rza Pəhləvi ABŞ Prezidenti Donald Trampa müraciət edərək onu kütləvi etirazlara dəstək üçün İslam Respublikasındakı vəziyyətə müdaxilə etməyə hazır olmağa çağırıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə Pəhləvi "X" sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, İran hakimiyyəti etirazları yatırmaq və nümayişçilərə qarşı zorakılıq üçün internet və rabitə vasitələrinin kəsilməsindən istifadə etmək niyyətindədir.
"Cənab Prezident, bu sizin diqqətiniz, dəstəyiniz və hərəkətiniz üçün təcili və təxirəsalınmaz çağırışdır", - Pəhləvi yazıb.
O qeyd edib ki, iranlı güc strukturlarının tətbiq etdiyi zorakılığa baxmayaraq, milyonlarla vətəndaş küçələrə çıxıb, indi isə tam informasiya blokadası ilə üz-üzədirlər.
"İnternet yoxdur. Telefonlar sabit işləmir", - deyə o vurğulayıb.
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH












