Sabahdan Bakıda bu küçələr bağlanır - Siyahı

Mayın 31-dən "Formula 1" Azərbaycan Qran-prisi ilə əlaqədar avtomobillərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə paytaxt ərazisində bəzi küçə və prospektlər bağlanacaq və istiqaməti dəyişdiriləcək.
Avtosfer.az xəbər verir ki, mayın 31-dən iyunun 8-dək bağlanacaq və istiqaməti dəyişdiriləcək küçə və prospektlər aşağıdakılardır:
"F1 halqası istiqamədində Keykab Səfərəliyeva, Rixard Zorqe, Aleksandr Puşkin, Bülbül, Səməd Vurğun, Teymur Elçin, Mehdi Hüseyn, Lermontov, Azərbaycan, Mikayıl Useynov, Zərgər Palan, Murtuza Muxtarov, Şeyx Şamil, Afiyəddin Cəlilov, Yusif Səfərov adına küçə və prospektlərdə avtomobillərin hərəkət istiqaməti dəyişdirilir.
Afiyəddin Cəlilov - Mehdi Mehdizadə küçələrindən Yusif Səfərovla kəsişmədən hərəkət sağa, Yusif Səfərov küçəsindən sağa yalnız 28 May küçəsinə;
20-ci sahə, Bayıl qəsəbəsi və Bayraq meydanı yanından hərəkət edənlər Bayıl qəsəbəsinin daxili yolları ilə Neftçi Qurban və Xanlar küçəsi istiqaməti üzrə Parlament prospektinə;
Bakı-Salyan-Ələt yolundan isə hərəkət Lökbatan dairəsindən 3-cü kənar dairəvi yolla Yasamal rayonu ərazisindən keçməklə;
Bakı-Zığ yolu – Nobel prospekti, eləcə də Hava Limanı – Heydər Əliyev prospektindən mərkəzə doğru hərəkət edənlər Nəcəfqulu Rəfiyev – Babək prospekti, 10-cu Zavod Dairəsindən – Nərimanov rayonu ərazisindən keçərək Fətəli Xan Xoyski küçəsi ilə;
Mehdi Hüseyn küçəsindən Lermontov küçəsinə hərəkətin əksinə və Axundov parkı ərazisi ilə Əhməd Cavad küçəsinin əksinə hərəkət nəzərdə tutulur.
Ü.Hacıbəyov küçəsinin kəsişməsindən Füzuli küçəsinin kəsişməsinədək Səməd Vurğun küçəsindən iki istiqamətli hərəkət müəyyənləşdirilib".
Ramazan ayının iyirmi doqquzuncu gününün duası - İmsak və iftar vaxtı
Tbilisi prospektində avtobuslar artıq hərəkəti dayandırmayacaq - “cib” zolaqları işə düşdü
F.S. görüntülərin saxta olduğunu belə etiraf etdi – VİDEO
Nəhəng Çin şirkəti yanacaq sərfiyyatını azaldan yeni texnologiya istehsal edib - RƏSMİ
İranda vəzifəli şəxslərin ölümü dövlətin sisteminə necə təsir edir? – Politoloq AÇIQLADI
Mən altıncı ildir Novruz bayramını Qarabağda qeyd edirəm - Azərbaycan Prezidenti
Paytaxtın 26 küçəsində sıxlıq var - SİYAHI
Azərbaycanda benzinlə bağlı VACİB XƏBƏR
Avtomobil nömrəsini “bron” etmək olar?
Elektrikli avtomobillər Bakıda yanğın riskini artırıb – İki binanın yanmasının səbəbləri üzə çıxdı
Közərmə lampalarına qadağa qoyuldu; satanlar və ölkəyə gətirənlər cəzalanacaq – AÇIQLAMA










