Sabahın hava proqnozu: Qar yağacaq

Noyabrın 1-də Azərbaycanda hava soyuq və yağışlı olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Avtosfer.az-a verilən məlumata görə, noyabrın 1-də Bakıda və Abşeron yarımadasında hava soyuq olacaq. Bəzi yerlərdə yağış yağacaq, gündüz yağışın tədricən kəsiləcəyi gözlənilir. Şimal-qərb küləyi əsasən gecə və səhər arabir güclənəcək, axşama doğru mülayimləşəcək. Həmin gün rayonlarda da arabir yağış yağacağı gözlənilir. Ümumilikdə noyabrın 2-si gündüzə kimi ölkə ərazisində hava qeyri-sabit olacaq. Sabahın hava proqnozuna gəlincə, oktyabrın 31-də Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gecəyə doğru arabir güclənəcək.
Havanın temperaturu Bakı və Abşeron yarımadasında gecə 8-10, gündüz 11-13 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında da oktyabrın 31-də arabir yağış yağacağı gözlənilir, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Dağlıq rayonlarda yağıntının sulu qara, qara keçmə ehtimalı var. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu rayonlarda gecə 7-10, gündüz 10-13, dağlarda gecə 2 dərəcə şaxtadan 2 dərəcəyək isti, gündüz 3-7 dərəcə isti olacaq.
Mustafa Abbasbəyli vəzifəsindən azad olundu
Xarici vətəndaşın Azərbaycanda əmlak sahibi olması prosesi necə həyata keçirilir? - HÜQUQŞÜNAS - FOTO
Netanyahu Trampın sülh planına niyə qarşı çıxır? – Politoloq AÇIQLADI
Bakıdan bu ölkələrə gəmi ilə getmək mümkün olacaq? – Ekspert AÇIQLADI
Bu küçələrdə sıxlıq var - SİYAHI - FOTO
Valideynlərin məktəb xərcləri yenidən artır - AÇIQLAMA
Sumqayıtda təmir işləri yekunlaşdıqdan sonra qazılıan ərazilər bərpa edilməyib – ŞİKAYƏT - FOTO
Peşəkar dələduz residivist imiş: Dəhşətli və sübuta yetirilmiş ƏMƏLLƏR
Azərbaycanda biznes kreditləri 17 milyard manatı keçdi – Səbəbi NƏDİR?
Biləcəri–Yalama xəttində böyük yenilik – 2031-ci ildə nəqliyyatda nə dəyişəcək?
"Dərnəgül"ə qatarlar yarıboş gedir – Metropoliten neçə milyon itirəcək? - FOTOLAR










