Sabahın hava proqnozu: temperatur aşağı düşəcək

Sabah Azərbaycan ərazisində havanın temperaturu aşağı düşəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Avtosfer.az-a bildirilib ki, noyabrın 7-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər və axşam yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 7-10, gündüz 11-14, Bakıda gecə 8-10, gündüz 11-13 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 4-9, gündüz 10-15, dağlarda gecə 0-5 dərəcə, gündüz 7-12 dərəcə isti olacaq.
Tibbi metereoloji məlumata əsasən, noyabrın 7-9 da Abşeron yarımadasında metereoloji amillərin zəif və mülayim tərəddütü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, rütubətli hava şəraitinin üstünlüyü bəzi insanlarda narahatlıq hissi yarada bilər.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












