Sabiq deputat Ramiz Mehdiyev barədə: "Siz kimə və nəyə güvənmisiniz?"

"Məni bu fikirləri səsləndirməyə vadar edən Ramiz Mehdiyevdən sonra Abbas Abbasovun da bu xəyanət qruplaşmasında adının hallanmasıdır. Nə qədər yaramaz və şərəfsiz olasan ki, dövlətin, hökumətin ən yuxarı vəzifələrindən birinə sahib olasan, uzun illər öz şəxsi mənafeyini millətin və dövlətin mənafeyindən üstün tutasan, eyş-işrət içərisində özün və yaxın ətrafın yaşaya, sonra da səni bu yüksəkliyə qaldıran liderə xəyanət edəsən. Buna nə ad verim, düzü, bilmirəm".
Avtosfer.az Musavat.com-a istinadla xəbər verir ki, bu açıqlama ilə keçmiş deputat Musa Musayev çıxış edib.
Onun sözlərinə görə, 1987-1993-cü illər ərzində bu şəxslərin Heydər Əliyevin yolunda heç bir xidmətləri olmayıb:
"Buna baxmayaraq ulu öndər ikinci dəfə hakimiyyətə gələndə Ramiz Mehdiyevə və Abbas Abbasova etimad göstərib. Mehdiyev Prezident Aparatında ikinci adam olub, Abbas Abbasov da Nazirlər Kabinetində.
Görünən odur ki, bunlar vəzifədə olduqları dövrdən iştahalarından birinci olmaq keçib. O vaxt özlərində güc tapa bilmədikləri üçün bu qoca-kaftar vaxtlarında naftalin iyi verən müxalifətlə cütləşib dövlət çevrilişi iştahasına düşüblər. Ay bədbəxtlər, siz kimə və nəyə güvənmisiniz? Əliyə, Cəmilə, Gültəkinə?!
Siz hələ qanmamısınız ki, dünya siyasətinin fenomen şəxsiyyəti olan, 44 gün ərzində 30 illik həsrətə son qoyan, 23 saat ərzində Azərbaycanın suverenliyini bərpa edən İlham Əliyev ilə qarşı-qarşıya gəlmək olmaz?! Cənab Prezidentimizin arxasında milyonlarla insan durub, bəs sizin arxanızda kim durub. Bir sözlə, ulu öndərimizin verdiyi çörək sizin burnunuzdan gəlsin!
Barmaqlıqlar arxasında yatan qohumlarınız erməni daşnakları ilə sizin fərqiniz yoxdur. Bunun bir adı var: Nankorluq, şərəfsizlik, qudurğanlıq və xəyanət! Cinayət cəzasız qalmamalıdır!"
Bu yollarda tıxac var - FOTO
Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər - FOTO
Hikmət Hacıyev: "Hər ailənin yaxınlarının taleyini bilmək hüququ var"
11 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ - FOTO
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO










