Sabirabadda baş verən dəhşətli qətliamın TƏFƏRRÜATI – VİDEO

Sabirabadda həyat yoldaşını və qayınatasını qətlə yetirən kişi sonda özünü də öldürüb.
Avtosfer.az Xəzər TV-yə istinadən bildirir ki, dəhşətli hadisə Sabirabad rayonunun Əsgərbəyli kəndində baş verib.
Saatlı rayonunun Bəylik kənd sakini, 1963-cü il təvəllüdlü Nizami Məhərrəmov ov tüfəngi ilə həyat yoldaşı, Sabirabad rayonunun Əsgərbəyli kənd sakini, 1976-cı il təvəllüdlü Ruhiyyə Məhərrəmovanı və qayınatası 1936-cı il təvəllüdlü Əmirxan Əflatunovu qətlə yetirib. Daha sonra öz canına qəsd edib.
Həyata yoldaşı tərəfindən mütəmadi incidildiyi iddia edilən Ruhiyyə Məhərrəmovanı təxminən 10 gün əvvəl qardaşı Elvin Əflatunov Əsgərbəyli kəndində olan ata evinə gətirib. Bu müddət ərzində yeznələri Nizami Məhərrəmov onları ölümlə hədələyib.
Məsələ ilə bağlı Sabirabad rayon prokurorluğundan verilən xəbərə görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, Nizami Məhərrəmov 10-15 gün öncə arvadı Ruhiyyə Məhərrəmovanın öz atası evinə getməsinə qəzəblənərək qayınatası Əmirxan Əflatunovun rayonun Əsgərbəyli kəndində yerləşən evinə gələrək sonuncuları qoşalüləli ov tüfəngindən atəş açaraq öldürdükdən sonra həmin tüfənglə ürək nahiyəsinə atəş açaraq özünü öldürüb. Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb. Hazırda istintaq davam edir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Bəlkə kəmərə də bal tətbiq edilsin?
Tramp Çin məhsullarına qarşı rüsumları 20%-də saxlamaq istəyir - POLİTOLOQ
Sosial şəbəkələrdə təhqir və söyüşlərin qarşısı necə alına bilər? – ŞƏRH
Maşınla işə gedənlərə PİS XƏBƏR!
ABŞ-nin İranı məğlub etməsinin önündə Çin dayanır? - POLİTOLOQ
Xəzərin çirkli suyunu təmizləmək Azərbaycana nə verəcək? - RƏY
Dövlət xidmətlərində süni intellekt tətbiq olunacaq: Vətəndaşları nə gözləyir?
İranın Zəngəzur dəhlizinə etirazlarının SƏBƏBİ NƏDİR? - ŞƏRH











