Sağlamlığa faydalı olan velosipeddən istifadəni necə artıraq? – MARAQLI TƏKLİF

Bu ilin əvvəlindən Bakıda velosiped yollarının salınmasına başlanılıb. Artıq şəhərin bir sıra küçələrində velosiped zolaqlarına və yollarına rast gəlirik. İnsanlar daim ictimai nəqliyyatdakı sıxlıqdan, fərdi avtomobillə gedərkən tıxacdan gileylənirlər. Üstəlik taksi xidmətlərinin, ictimai nəqliyyatın bahalaşdığı bir dönəmdə velosiped yollarından istifadə tam yerinə düşərdi. Amma bu yollardan istifadə edənlər çox azdır.
Bəs insanları ekoloji cəhətdən təmiz, sağlamlığa xeyirli olan bu nəqliyyat növündən istifadəyə necə yönləndirmək olar?
Velosiped yollarının tıxaca təsiri
Nəqliyyat eksperti Yasin Mustafayev Bizim.Media-ya açıqlamasında bildirib ki, velosiped zolaqları Bakını müsbət cəhətdən dəyişəcək.
“Velosiped zolaqlarının məqsədi həm tıxacı azaltmaq, həm də insanları fərdi nəqliyyat növlərindən uzaqlaşdırıb, ictimai nəqliyyata, iki təkərli nəqliyyatlara yönəltməkdir. Qanunvericilikdə də yer alıb ki, iki təkərli nəqliyyatdan, yəni skutur, velosiped, motosikletdən istifadə etmək üçün zolaq olmalıdır. İnsanlar velosiped zolaqlarından mütəmadi olaraq istifadə etməyə yönəlsə, bu tıxaca da təsir edə bilər”.
Küləklər şəhəri Bakı və velosiped...
Bakı küləkli şəhərdir. Bəziləri belə olduqda velosiped sürməyin çətin olduğunu düşünür. Ekspert isə hesab edir ki, küləkli hava velosiped sürməyə mane olmur:
“Hava şəraitində ancaq yağış velosiped sürməyə çətinlik yarada bilər. Bakıda da yağış nadirən çox yağır. Avropa ölkələrində çox vaxt hava yağışlı olur. Amma onlar davamlı velosipeddən istifadə edirlər. Yəni bu velosiped sürməmək üçün bəhanə olmamalıdır. Düzdür, hazırda zolaqlar və velosipeddən istifadə edənlər azdır. Amma insanlar kütləvi şəkildə velodan istifadəyə keçsə, əlbəttə ki, zolaqların sayı çoxalacaq”.
Maarifləndirmə işləri
Ekspert insanları velosipeddən istifadəyə yönəltmək üçün çağırış edib:
“Bizdə velosiped zolaqları, yolları yaradılır. Amma insanların o yoldan istifadə etmələri üçün heç bir təşviqat işləri aparılmır. Düşünürəm ki, TƏBİB velosipedin gündəlik nəqliyyat ehtiyaclarını ödəmək üçün sağlam vasitə olduğunu hansısa video çarxlarla göstərsə, effektiv olardı. Velosipeddən istifadənin faydalı tərəflərini insanlara çatdırmaq lazımdır. Xarici ölkələrdə dövlət məmurları, nazirlər belə velosipedlə işə gedir. Bu cür örnəklər insanlarda maraq yaradır”.
“Gənclik Mall”un şüşələrini təmizləyənlərə dəbilqə verilmir? - VİDEO
TƏBİB-dən qızı qəzada ölən vəkilin iddiaları ilə bağlı AÇIQLAMA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Avropada aviadaşımalarla bağlı yeni qaydalar bahalaşmaya səbəb ola bilər
Çuxurlarla dolu bu küçə sürücülərə həm ziyan vurur, həm təhlükə yaradır - VİDEO
Metroda kondisionerlər hələ də işləmir? – RƏSMİ AÇIQLAMA
Avtomobili yolda xarab olan sürücülər mütləq bunu etməlidir, yoxsa... — AÇIQLAMA
Bələdiyyənin yolu bütövlükdə asfaltlamaq əvəzinə yamaq vurması GÜNDƏM OLDU - FOTOSESSİYA
Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: "Nasaz maşını niyə sürürsən axı?!" - VİDEO
Qonşu ölkədə təkər idxalı ilə bağlı yeni mərhələ başladı – RƏSMİ
Zəhranın öldüyü qəzada adı hallanan sürücünü hansı CƏZA gözləyir?










