Sahibə Qafarova Zəngəzur dəhlizindən danışdı - Türk dövlətləri arasında əməkdaşlığı gücləndirəcək

Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 28-də TÜRKPA-nın Qazaxıstanın Türkürstan şəhərində keçirilən 10-cu plenar iclasında çıxışı zamanı, Zəngəzur dəhlizinin inşasının strateji əhəmiyyətini vurğulayıb. Spiker deyib ki, ötən ilin sentyabr-noyabr aylarında Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində xalqımızın əldə etdiyi Zəfər Azərbaycan torpaqlarının 30 ildən bəri davam edən işğalına son qoyaraq, regionda yeni geosiyasi reallıq yaradıb. Onun sözlərinə görə, bu böyük Qələbənin önəmli nəticələrindən biri də türkdilli ölkələr arasında birbaşa əlaqə yaradacaq Zəngəzur dəhlizinin inşası üçün tarixi bir imkan yaranmasıdır. İndiyədək bölgədə uğurla həyata keçirilmiş transmilli enerji - nəqliyyat layihələri ilə birlikdə bu dəhliz türk dövlətləri arasında əməkdaşlığın güclənməsi üçün tamamilə yeni perspektivlər açacaq.
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Bəlkə kəmərə də bal tətbiq edilsin?
Tramp Çin məhsullarına qarşı rüsumları 20%-də saxlamaq istəyir - POLİTOLOQ
Sosial şəbəkələrdə təhqir və söyüşlərin qarşısı necə alına bilər? – ŞƏRH
Maşınla işə gedənlərə PİS XƏBƏR!
ABŞ-nin İranı məğlub etməsinin önündə Çin dayanır? - POLİTOLOQ
Xəzərin çirkli suyunu təmizləmək Azərbaycana nə verəcək? - RƏY
Dövlət xidmətlərində süni intellekt tətbiq olunacaq: Vətəndaşları nə gözləyir?
İranın Zəngəzur dəhlizinə etirazlarının SƏBƏBİ NƏDİR? - ŞƏRH












