Sakinlər 525 nömrəli avtobusdan narazıdır - "Çox natəmizdir" - FOTO

525 nömrəli marşrutun müvəqqəti istismarçısına avtobus parkının yenilənməsi ilə bağlı tapşırıq verilib. Avtosfer.az "Baku.ws"ə istinadən xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib. Məsələ nəzarətə götürülüb. Daşıyıcı tərəfindən tədbir görülməyəcəyi təqdirdə marşrut müsabiqəyə çıxarılacaq.
***17:28
Masazır qəsəbəsi üzrə hərəkət edən 525 nömrəli marşrut avtobusları ilə bağlı sərnişinlər ciddi narazılıq bildirirlər. Sakinlərin sözlərinə görə, avtobuslar köhnədir, nə texniki baxımdan, nə də təmizlik baxımından qaydalara cavab verir. Məlumata əsasən, vətəndaşlar avtobusların içərisinin təmizlənmədiyini, tutacaqların və oturacaqların bərbad vəziyyətdə olduğunu deyirlər. Onların dediyinə görə, nəqliyyat vasitələrinə normadan artıq sərnişin qəbul olunur və bu da hərəkət zamanı təhlükəli vəziyyət yaradır. Şikayətçilər dəfələrlə aidiyyəti qurumlara müraciət etdiklərini, lakin məsələyə ciddi yanaşılmadığını bildirirlər. Onlar problemi yalnız bir nəfərin deyil, hər gün bu marşrutdan istifadə edən yüzlərlə sərnişinin yaşadığını vurğulayırlar. Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə sorğu göndərdik.
![]()
![]()
![]()
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI
Yeni Günəşlidə yollar niyə yarımçıq asfaltlanıb? – Sakinlər NARAZIDIR - VİDEO
Bakı Metropolitenində İŞ SAATI dəyişdirilir
Bakı niyə geniş relsli nəqliyyat şəbəkəsinə ehtiyac duyur? – EKSPERT
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - FOTO - VİDEO
Vahid məktəbli forması ilə bağlı yeni qaydalar; vətəndaşlar nə düşünür? – SORĞU - VİDEO
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərindən GÜC NÜMAYİŞİ - VİDEO
Yoldakı çuxurlar avtomobilin daha çox hansı hissələrinə zərər vurur? - EKSPERT












