Salyanda narkotik satanlar tutuldu - FOTO

Salyanda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən üç nəfər şəxs saxlanıldı.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayonun Ərəbqardaşbəyli kənd sakini, 48 yaşlı Salman Süleymanov saxlanılıb.
Onun üzərinə keçirilən baxış zamanı “patı” adlanan psixotrop maddə - metamfetamin aşkar edilərək götürülüb.
S.Süleymanovun ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun avqust ayının 21-də Arbatan kənd sakini P.Vəliyevə məxsus dəyəri 310 manat olan alüminium profilləri oğurladığı da müəyyən edilib.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Salyan rayon sakini Fərid Əliyev və Lənkəran rayon sakini Mirhüseyn Ocaqov da rayon ərazisində saxlanılaraq istintaqa təqdim olunublar.
F.Əliyevin üzərinə keçirilən baxış zamanı psixotrop maddə olan metamfetamin, eləcə də heroin və marixuana, M.Ocaqovun idarə etdiyi nəqliyyat vasitəsindən isə marixuana aşkar edilərək götürülüb.
Faktlarla bağlı saxlanılan şəxslər barəsində Salyan Rayon Polis Şöbəsində cinayət işləri açılıb, araşdırmalar aparılır.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA















