“Sanki erməni teleqram kanallarla birləşib Azəbaycana qarşı xəbərlər yayırlar”

Son günlər İsrail-İran arasındakı qarşıdurma bütün dünya mediasının diqqət mərkəzindədir.
Avtosfer.az “Lent.az”a istinadən xəbər verir ki, Türkiyə mediası da bu münaqişə ətrafında geniş müzakirələr aparır.
Lakin təəssüflə qeyd etməliyik ki, qardaş Türkiyənin bəzi media qurumları bu müzakirələrdə Azərbaycana qarşı açıq şəkildə propaqanda həyata keçirir və yalan məlumatlar yayır.
Əvvəla, onu xüsusi olaraq qeyd edək ki, Azərbaycan mediasında Türkiyəyə qarşı hər hansı bir neqativ informasiya yayılanda qardaş ölkə buna çox həssas yanaşır və bu məlumatları inkar edərək dezinformasiya adlandırır, qarşısının alınması üçün tələblər irəli sürür.
Hətta, qardaş Türkiyə təmsil olunduğu ölkələrdə dezinformasiyalarla mübarizə aparmaq üçün səfirlikləri və diplomatları da səfərbər edib. Əgər Türkiyə barədə hər hansı yanlış və ya dezinformasiya xarakterli məlumat yayılırsa, bu ölkənin Prezident Administrasiyası Kommunikasiya İdarəsinin Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi təkzib verir və həmin məlumatın digər ölkə medialarında yayılması da təşkil olunur. Məsələn, Kürecik radar bazasından İsrailə məlumat ötürülməsi barədə iddiaların təkzibini Azərbaycan mediası da sevə-sevə yaydı.
Təəssüflə qeyd etməliyik ki, biz bu dəstəyi və aktivliyi qardaş ölkədən görmürük. İstər İsrail-Fələstin münaqişəsi zamanı, istərsə də İsrail-İran toqquşmasında Türkiyə mediasında Azərbaycan-İsrail münasibətləri fonunda yalan və böhtan xarakterli informasiyalar yayılmaqdadır. Lakin nədənsə qardaş Türkiyənin aidiyyəti qurumları bu məsələdə həssaslıq nümayiş etdirmirlər və yayılan dezinformasiyaların qarşısının alınması üçün heç bir əməli tədbir görmürlər.
Son günlər qardaş Türkiyə mediasına nəzər saldıqda görürük ki, sanki erməni teleqram kanallarla birləşib İsrail mövzusunda Azəbaycana qarşı qərəzli məlumatlar yayırlar. Təbii ki, qardaş ölkənin mediasında yayılan bu dezinformasiyalardan ən çox istifadə edənlər ermənilərdir. Onlar yaranmış vəziyyətdən öz mənafeləri üçün yararlanırlar. Belə ki, ermənilərə məxsus “Baqramyan 26” teleqram kanalı artıq nəinki Türkiyə mediasının, hətta televiziyalarının da Azərbaycan haqqında tənqidlər səsləndirdiyini tirajlayır.
Bunun səbəbləri bizə məlum deyil, amma Azərbaycanda, ölkəmizin media məkanında Türkiyə haqqında hər hansı neqativ məlumat və materialın yayılmasını təsəvvür edə bilmədiyimiz halda, qardaş ölkənin mediasında anti-Azərbaycan əhvali-ruhiyyəsinin mövcudluğu və rəsmi dairələrin buna susqunluğu düşündürücüdür...
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib












