Saray körpüsü qəzalı vəziyyətə düşdü: Minlərlə avtomobil təhlükədə - VİDEO

Böyük dəlik, ətrafında isə çatlar əmələ gəlib...
Söhbət Sumqayıt şəhərinə 2-ci əsas girişdəki körpüdən gedir. Şəhəri Saray qəsəbəsi ilə birləşdirən körpünün qəzalı vəziyyətdə olduğu bildirilir.
Bu yolla hər gün minlərlə avtomobil hərəkət edir. Sürücülər körpünün bu vəziyyətinin təhlükəli olduğunu deyirlər.
Yolda çökmələr olduğundan körpünün üzərində olan işıqforun fəaliyyəti dayandırılıb. Bu addım avtomobillərin körpünün üzəri ilə dayanmadan hərəkətini təmin etmək məqsədi ilə atılıb. Çünki avtomobillərin körpünün üzərində dayanması çökmə ilə nəticələnə bilər. Həmçinin altından dəmir yolu xətti keçdiyinə görə təhlükə ikiqat artır.
Məsələ ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyətinin sözçüsü Eyvaz Qocayev "Xəzər Xəbər"ə bildirdi ki, məsələ aidiyyəti qurumların diqqət mərkəzindədir.
Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən aidiyyəti qurumlara müraciət olunub və körpüyə ilkin baxış keçirilib.
Körpünün əsaslı təmir olunması üçün müvafiq addımlar atılacaq.
Daha ətraflı videomaterialda.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












