Polislə mübahisə edən saxta “qazi” həbs edildi - ÜZR VİDEOSU
Avqustun 19-da “Aşura günü” ilə əlaqədar Sumqayıt şəhərindəki “Cümə” məscidinə gələn vətəndaşların təhlükəsizliyi və pandemiya ilə əlaqədar məscidə müəyyən olunmuş sayda insanların buraxılması polis əməkdaşları tərəfindən təmin edilib. Lakin həmin vaxt bir nəfər özünü Vətən müharibəsinin iştirakçısı kimi təqdim edərək xidməti vəzifələrini yerinə yetirən polislərin qanuni tələblərinə tabe olmayıb, onlara müqavimət göstərməyə cəhd edib. Polis əməkdaşlarının təmkinli davranışı, izahedici söhbətləri nəticəsində onu sakitləşdirmək mümkün olub.
Bu səhnəni əks etdirən videogörüntülər sosial şəbəkələrdə də yayılıb.
DİN Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, aparılan araşdırmalarla həmin şəxsin şəhər sakini Həsənov Nurəddin Məzahir oğlu olması müəyyən edilib və o, polis idarəsinə dəvət olunub. İlkin araşdırmalarla N.Həsənovun Vətən müharibəsinin iştirakçısı olmadığı müəyyən edilib. Bununla belə, onun əməlində polisin qanuni tələbinə qəsdən tabesizlik göstərməsi və eləcə də ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətləri törətməsi sübuta yetirilib.
İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535-ci maddələrinə müvafiq olaraq onun barəsində toplanmış materiallar şəhər məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Həsənov Nurəddin Məzahir oğlu barəsində 10 sutka inzibati həbs tənbeh tədbiri tətbiq edilib.
Emin
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












