Səbaildəki lyuklardan şikayət olundu; qurum hərəkətə keçdi – FOTO - VİDEO

Paytaxtın Səbail rayonunda yol infrastrukturunda yaranmış problem sürücülər və sakinlər üçün ciddi narahatlıq yaradıb.
Avtosfer.az xəbər verir ki, rayonun Arif İsmayılov küçəsində yerləşən lyukların nasaz vəziyyətdə olması hərəkət iştirakçıları üçün təhlükə mənbəyinə çevrilib. Bildirilir ki, xüsusilə yağışdan sonra drenaj sisteminin dağılması yolun daha da yararsız hala düşməsinə səbəb olur.
Sakinlərin sözlərinə görə, problem artıq bir neçə gündür davam edir və məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət olunmasına baxmayaraq, hələ də heç bir tədbir görülməyib. Şikayətçi qeyd edib ki, təxminən 10 gündür məsələ ilə bağlı zənglər edilsə də, konkret nəticə yoxdur.
Onun sözlərinə görə, son müraciət zamanı isə aidiyyəti qurum tərəfindən “sement yoxdur” səbəbi ilə problemin həllinin gecikdiyi bildirilib.
Sakinlər vurğulayırlar ki, sözügedən küçə kifayət qədər intensiv istifadə olunur və bu cür nasazlıq həm nəqliyyatın hərəkətinə maneə yaradır, həm də qəza riskini artırır. Bundan əlavə, küçənin şəhid adını daşıdığını qeyd edən vətəndaşlar, belə ərazilərdə infrastrukturun daha diqqətlə qorunmasının vacibliyini bildirirlər.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən ərazidə artıq təmir işləri aparılıb, beton tökülüb. Asfaltın vurulması üçün də aidiyyəti quruma müraciət edilib.
Eltac Zülfüqaroğlu

“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












