Səfirlik: Aeroportda övladları əllərindən alınan valideynlərlə bağlı görüşlər aparılır

Azərbaycan Respublikasının vətəndaşları Quliyev Məhəmməd və Abdullayeva Gültacın 2 övladı ilə birlikdə yaşadıqları Almaniya ərazisini tərk edərək Fransa ərazisi üzərindən Azərbaycana gedərkən üzləşdikləri vəziyyət barədə məlumat səfirliyə daxil olan gündən konsulluq bölməsinin əməkdaşları məsələ ilə məşğul olur. Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycanın Fransadakı səfirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, iyulun 7-də səfirliyin qaynar xəttinə edilmiş müraciət əsasında, Azərbaycan Respublikası vətəndaşları Quliyev Məhəmməd və Abdullayeva Gültacın 2 övladı üçün səfirlik tərəfindən qayıdış şəhadətnaməsi rəsmiləşdirilib. “6 avqust tarixində Fransa ərazisini tərk etmək istəyən ailə bu ölkənin sərhəd polisi tərəfindən saxlanılıb və övladları müvəqqəti sığınacaqda yerləşdirilib. Fransa polisinin bu addımı, Almaniya məhkəməsinin uşaqların qəyyumluğunun valideynlərdən alınması qərarı ilə əsaslandırılıb”, - məlumatda vurğulanıb.
O da vurğulanıb ki, hazırda Fransada yerli hakim tərəfindən məsələyə baxılması və Almaniya məhkəməsinin qərarı ilə bağlı müəyyən nəticəyə gəlinməsi gözlənilir:
"Bu müddət ərzində valideynlər uşaqlar ilə görüş imkanı əldə ediblər. Azərbaycanın Fransadakı səfirliyi məsələ ilə bağlı Fransa tərəfinin müvafiq qurumları ilə görüşlər keçirir və müvafiq əlaqələndirməni təmin edir. Səfirlik, habelə AR-in Diaspor ilə İş üzrə Dövlət Komitəsi vətəndaşların Fransa ərazisində müvəqqəti qalması məsələsində onlara yardım göstərir. Məsələ tərəfimizdən nəzarətdə saxlanılır”.
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxırlar
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO












