Şəhid övladları üçün “Suraxanı” gəmi-muzeyinə ekskursiya təşkil edilib - FOTO
Gündəm
31 May 2021 19:44

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən müharibəsi şəhidlərinin övladları üçün “Suraxanı” gəmi-muzeyinə ekskursiya təşkil edib.
Uşaqlar bələdçilərin müşayiəti ilə dünyanın ilk tanker-muzeyinin zallarını gəzib, gəmiçiliyə aid eksponatlarla yaxından tanış olublar. Onlar həmçinin oyun manipulyatorlarından istifadə edərək müxtəlif gəmi əməliyyatlarını yerinə yetiriblər.
Ziyarətçilər muzeydəki “Qarabağ Azərbaycandır” adlı interaktivi isə böyük qürurla izləyiblər.
Ekskursiya şəhid övladları və onları müşayiət edən valideynləri tərəfindən müsbət qiymətləndirilib.
Ziyarətin sonunda uşaqlara “Suraxanı” gəmi-muzeyinin xüsusi hədiyyələri təqdim olunub.
Qeyd edək ki, ASCO Korporativ Sosial Məsuliyyəti çərçivəsində bu cür layihə və tədbirləri bundan sonra da davam etdirəcək.
Oxunub : 1344
DİGƏR XƏBƏRLƏR
14 Oktyabr 2026 12:00
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
14 Oktyabr 2026 08:45
Bu yollarda tıxac var - SİYAHI
13 Oktyabr 2026 20:35
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
13 Oktyabr 2026 20:30
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
13 Oktyabr 2026 18:15
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
13 Oktyabr 2026 18:11
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
13 Oktyabr 2026 17:41
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
13 Oktyabr 2026 15:11
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
13 Oktyabr 2026 14:30
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
13 Oktyabr 2026 14:11
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
13 Oktyabr 2026 12:00
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
13 Oktyabr 2026 11:30
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
ŞƏRH YAZ












