Şəhid qızı Sumqayıt məktəbinə direktor təyin edildi

Sumqayıt şəhər 8 nömrəli tam orta məktəbə yeni direktor təyin olunub.
Avtosfer.az “Unikal”a istinadən xəbər verir ki, bu vəzifəyə Mehdiyeva Zaminə Bəhmən qızı təyin edilib.
Zaminə Mehdiyeva ixtisasca biologiya müəllimidir və pedaqoji fəaliyyətinə 2015-ci ildən başlayıb.
Qeyd edək ki, Zamniə Mehdiyevanın babası Qubadlı rayonu Novlu kənd sovetinin sədri Mehdiyev Mehdi Qasım oğlu 1989-cu ildə ermənilər tərəfindən əsir götürülərək 4 aydan sonra vəhşicəsinə qətlə yetirilib və Qubadlının ilk şəhidlərindən biri olub.
Atası, tarix müəllimi Mehdiyev Bəhmən Mehdi oğlu atasının ölümündən sonra polis sıralarına qoşulmuş, könüllü olaraq torpaqlarımızın müdafiəsində iştirak edərək döş nişanı və medallarla təltif olunmuş, 26 oktyabr 1992-ci ildə Basarat kəndinin Topağac yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olmuş və ölümündən sonra “Vətən uğrunda” medalına layiq görülüb.
Zaminə Mehdiyevanın qardaşı hüquqşünas Mehdiyev Zamin Bəhmən oğlu Vətən müharibəsində yaralanmış, ”Cəbrayılın azad olunmasına görə”, ”Vətən müharibəsi iştirakçısı“ və “Vətən uğrunda“ medalları ilə təltif edilmişdir.
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO












