Şəhidlərlə bağlı vacib təşəbbüs: Nazirlik “HƏ” dedi, icra başçısı isə...

Bakı şəhərində şəhidlərin xatirəsinə həsr edilən “Vətən bağı” adlı park salına bilər. Bu barədə bakıvaxtı.az-a ictimai fəal Emin Tarverdiyev bildirib. İctimai fəal qeyd edib ki, onun bu təşəbbüsünə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən müsbət cavab verilib. “Dostlarla Bakı şəhərində şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq "Vətən bağı" parkının salınması layihəsini müzakirə etdik. İlk olaraq sosial şəbəkələrdə olan dostların rekasiyasını öyrənmək üçün paylaşım etdik. Qısa zamanda böyük dəstək gəldi, bu dəstəyə şəhid ailələri və qazilərimiz də qoşuldu. Neçə şəhid anası, qardaşı mənimlə əlaqə saxladı, təşəkkür etdi və bizə dəstək olacaqlarını bildirdilər.
Artıq dostların, şəhid ailələri və qazilərimizin dəstəyini görəndən sonra ilk olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) elektron formada məktubla müraciət etdik. Qısa zamanda ETSN məktubumuza cavab verdi. Bildirildi ki, "Vətən müharibəsində canından keçərək şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımızın xatirəsini əbədiləşdirmək üçün “Vətən bağı” adlı park salmaq təşəbbüsünüzü yüksək qiymətləndiririk. Layihənin həyata keçirilməsi üçün tinglər Nazirlik tərəfindən təmin olunacaqdır. Ərazinin seçilməsi ilə əlaqədar yerli icra hakimiyyəti orqanına müraciət etməyiniz tövsiyə olunur. Ərazi seçildikdən sonra əməkdaşlarımız tərəfindən Sizə lazımi dəstək göstəriləcəkdir”,-deyə E.Tarverdiyev bildirib.
İctimai fəal deyib ki, o məsələ ilə bağlı dünən Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) elektron formada məktub ünvanlanıb: “Ümidvarıq ki, bu layihəmizin ərsəyə gəlməsinə BŞİH başçısı cənab Eldar Əzizov da öz dəstəyini nümayiş etdirəcək, “Vətən bağı” parkının salınması üçün müvafiq göstərişlərini verəcəkdir.
Bizə sadəcə həmin parkın salınması üçün yer ayrılması lazımdı. Geriyə qalan bütün texniki işləri özümüz həll edəcəyik. Həmçinin bu parkda hər bir ağacın yanında QR kodlar asılacaq. Hər QR kod oxudulduqda 1 şəhidimiz haqqında informasiya telefonda göstəriləcək. Ağacların suvarılması sistemini damcı üsulu ilə həyata keçirmək niyyətindəyik. Bu həm də həmin ağacaların qısa zamanda inkişafına öz təsirini göstərəcək”.
Qeyd edək ki, E.Tarverdiyev və ictimai fəallar xeyirxah insanların dəstəyi nəticəsində 125 ailəyə ərzaq yardımı göstərib, şəhid ailəsi üçün evi inşa edib təhvil verdik.
11 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ - FOTO
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtın ən təhlükəli yolu – Bu küçədə sürət limitinə əməl edilmir - VİDEO










