Şəki polisi sürücünün “başına pul qoydu”: 1000 manat

Gecə 00:20 radələrində Şəkidə piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib. Avtosfer.az regiontv-yə istinadən xəbər verir ki, 1969-cu il təvəllüdlü, Şəki rayon İncə kənd sakini İsmayılov Mübariz Qurbanəli oğlunu naməlum avtomobil vuraraq hadisə yerindən qaçıb. Xəsarət alan şəxs elə hadisə yerindəcə keçinib. Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəki rayon şöbəsinin Meyitlərin Təsrihi bölməsinə gətirilib.
Hadisəni törədən sürücünün axtarışları isə davam etdirilir.
Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsi vətəndaşlara müraciət edib. Müraciətdə həmin qəza hadisəsini görən şəxslərdən dərhal hüquq-mühafizə orqanlarına məlumat vermələri xahiş olunur.
Şəki Şəhər Rayon Polis Şöbəsi məlumat verən şəxsə onun anonimliyi qorunmaq şərti ilə 1000 manat məbləğində pul mükafatının veriləcəyini bildirir.
Paytaxtın bu küçələrində sıxlıq müşahidə edilir - SİYAHI - FOTO
Hövsan yolunda yaranmış dərin çuxur sürücüyə ziyan vurdu - VİDEO
Azərbaycanla Ermənistan bu il Türkiyədə sülh müqaviləsi bağalaya bilər - POLİTOLOQ
Türk dövlətləri İran–ABŞ münaqişəsinə necə reaksiya verdilər? - EKSPERT AÇIQLADI
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTOLAR
Brent markalı neftin qiyməti qalxıb bu qədər oldu
Prezident sosial şəbəkə hesabında PAYLAŞIM ETDİ
Bu göstərici üzrə biz dünyada birinci yerdəyik - İlham Əliyev
Taksi sürücülərinə ŞAD XƏBƏR: Yeni qaydalar bu sürücülərə şamil edilməyəcək – AÇIQLAMA - VİDEO
Bakının bəzi yollarında təmir işləri aparılacaq - Bu gecə - Sürücülərin diqqətinə!
Sabah metroda qatarların qrafiki dəyişəcək










