Şəkidə güclü küləyin yaratdığı fəsadlar aradan qaldırılıb - FOTO

Şəkidə güclü küləklə müşayiət olunan leysan yağışı bir sıra fəsadlara səbəb olub.
Avtosfer.az-ın məlumatına görə, bu gün səhərin erkən saatlarında şəhər ərazisində güclü küləklə müşayiət olunan leysan yağışları yağıb. Nəticədə şəhərin "Yuxarı Baş" Milli Tarix-Memarlıq Qoruğu ərazisində irigövdəli ağacı və elektrik dirəyini aşırıb. Beləcə, ərazidə elektrik enerjisinin təchizatında fasilə yaranıb. İrigövdəli ağac isə yaxınlıqdakı işıq dirəyinin üzərinə aşaraq onu sıradan çıxarıb.
Bundan başqa, şəhərin müxtəlif ərazilərində, eləcə də rayonun Oxud kəndində də güclü külək irigövdəli ağacları aşırıb. Qoxmuq kəndinin ərazisindən keçən Şəki-Qax avtomobil yolunda isə sel-sular qum və çınqıl gətirərək asfalt qatını örtüb.
Təbii fəlakət səbəbi ilə şəhərin bəzi hissələrində elektrik enerjisinin və suyun verilişində fasilə yaranıb.
Aidiyyəti təşkilatların əməkdaşları dərhal fəsadların əmələ gəldiyi ərazilərə cəlb olunub və qısa müddətdə onlar aradan qaldırılıb.





Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Quduzluqla mübarizə günü və sahibsiz itlər
Dünyada sürücülər nə qədər cərimələnir? - Məbləğlər
Bakıda 5 küçəyə maşınların girişi birdəfəlik qadağan edilir - FOTO
Bakıda səkilər yenilənəcək: Ekspert 60 milyonluq layihədən danışdı
Avtobus dayanacaqlarında hansı dəyişiklik edilməlidir? – TƏKLİF












