Sel Şəkidə yolu və körpünü dağıdıb, bir kəndlə əlaqə kəsilib - VİDEO
Gündəm
8 İyun 2021 23:38

Son günlər yağan şiddətli yağış və iri ölçülü dolu Quruçay çayında selin yaranmasına səbəb olub. Sel nəticəsində Şəkinin Baş Göynük-Baş Şabalıd kənd yolunun 200 metrdən çox hissəsi yararsız hala düşüb. Kəndə gedən böyük bir yol tamamilə dağılıb. Avtosfer.az-ın məlumatına görə, Quruçay çayı üzərində olan körpü tamamilə dağılıb. Nəticədə 1 100 sakini olan Bağ Şabalıd kəndinin rayon mərkəzi ilə birləşdirən yeganə yolu kəsilib.
Sakinləri ən çox narahat edən isə yolun bu vəziyyətdə olmasının onların işini çətinləşdirməsidir.
Hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 12 nömrəli Şəki yol istismar idarəsi tərəfindən Baş Şabalıd yolunun Quruçay hissəsində alternativ yol qurulur.
Dəyən zərərin hesablanması, körpü və yolların yenidən əsaslı qrulmasının təşkili məqsədilə kənddə Fövqəlada Hallar Nazirliyinin nümayəndələri araşdırmalara başlayıb.
Baş Şabalıd və Göynük kəndlərində mövcud çətinliklərin aradan qaldırılması üçün kənd rəsmiləri tərəfindən aidiyyəti qrumlara, xidmət təşkilatlarına müraciətlər olunub.
Hazırda alternativ yolun bərpası başa çatdırılır.
Oxunub : 2218
DİGƏR XƏBƏRLƏR
27 Noyabr 2026 17:00
Gələn il sosial ödənişlərin məbləğində artım edilməsi üçün hansı meyarlar nəzərə alınmalıdır? - İQTİSADÇI
27 Noyabr 2026 16:30
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
27 Noyabr 2026 16:11
Küləkli havalarda ağacların aşmasının qarşısını necə almaq olar? - EKOLOQ
27 Noyabr 2026 15:41
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
27 Noyabr 2026 15:11
Qəza törədən sürücü hansı halda cinayət məsuliyyətindən azad edilə bilər? - HÜQUQŞÜNAS
27 Noyabr 2026 10:00
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
27 Noyabr 2026 08:30
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
26 Noyabr 2026 21:00
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
26 Noyabr 2026 18:35
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
26 Noyabr 2026 17:16
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
26 Noyabr 2026 10:00
Bəlkə kəmərə də bal tətbiq edilsin?
25 Noyabr 2026 22:30
Tramp Çin məhsullarına qarşı rüsumları 20%-də saxlamaq istəyir - POLİTOLOQ
ŞƏRH YAZ











