Şəmkirdə karantin qaydalarını pozan 50-dən çox şəxs cərimələndi

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində fəaliyyət göstərən mehmanxanalarda monitorinqlər apararaq karantin rejimi qaydalarının tələblərinin yerinə yetirilməsinə nəzarət ediblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, mehmanxana müştərilərinin müvafiq COVID-19 pasportlarını yoxlayan polis əməkdaşları obyekt sahibləri ilə izahedici-profilaktiki söhbətlər aparıb, koronavirus infeksiyasının fəsadları və mövcud sanitar-gigiyenik tələbləri izah ediblər.
Daha sonra monitorinq rayondakı digər iaşə obyektlərində də davam etdirilib.
Araşdırmalar zamanı ümumilikdə səkkiz obyektə 17 nəfərin müvafiq pasport olmadan qapalı məkanlara daxil olması faktı aşkar edilib. Polis əməkdaşları həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görüb.
Bundan başqa market və digər ticarət obyektlərində, eləcə də əhalinin sıx olduğu digər yerlərdə nəzarət-profilaktiki təbirlər keçirilib.
Tədbirlərdə tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən istifadə etməyən və əsassız bəhanələr gətirən şəxslərə koronavirus infeksiyasının fəsadları və mövcud sanitar-gigiyenik tələblər izah olunub.
Obyektlərdə aparılan araşdırmalar zamanı 31 şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokol tərtib edilərək məsuliyyətə cəlb ediliblər.
11 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ - FOTO
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtın ən təhlükəli yolu – Bu küçədə sürət limitinə əməl edilmir - VİDEO










