Sənədsiz evlərin sənədləşdirilməsinə Abşeron rayonundan başlanacaq - EKSKLÜZİV
Gündəm
3 Avqust 2021 14:59

Sənədiz evlərin sənədləşdirilməsi prosesinə Abşeron rayonundan start veriləcək. Bu barədə Index.az-a adının çəkilməsini istəməyən məlumatlı mənbə bildirib. Mənbə bildirir ki, Abşeron rayonunun ərazisindəki təxminən 340 min sənədsiz evə çıxarış ("kupça") veriləcək. "Növbəti mərhələdə Bakıətrafı kənd və qəsəbələrdə sənədsiz evlər sənədləşəcək", - deyə həmsöhbətimiz qeyd edib.
O da bildirilir ki, sənədsiz evlərin inventarlaşması prosesi yekunlaşmaq üzrədir.
Suallarımızı cavablandıran şəxs onu da əlavə etdi ki, ümumilikdə sənədsiz evlərin sayı 1 milyondan çoxdur: "Bunların mütləq əksəriyyəti Abşeron rayonunun, Bakı və Sumqayıt şəhərlərinin ərazisində yerləşir".
Qeyd edək ki, illərdir Azərbaycanda sənədsiz torpaq sahələrinin və evlərin dövlət reyestrinə daxil edilməsi problemi gündəmdən düşmür. Prezident İlham Əliyev məsələ ilə bağlı aidiyyatı qurumlara dəfələrlə göstəriş versə də, hələlik konkret nəticə hasil olmayıb.
Hələ bir neçə il əvvəl Bakı Şəhər İcra Hakimiyyəti paytaxt və paytaxtətrafı ərazilərdə tikilmiş sənədləşdirilməsi mümkün hesab edilən sənədsiz evlərin sayının 700 mindən artıq olduğunu açıqlamışdı.
Xatırladaq ki, 2015-ci il yanvarın 13-də isə sənədsiz evlərlə bağlı problemin həllinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanun qüvvəyə minənədək əldə edilən və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nın təsdiq edilməsi barədə ölkə başçısı tərəfindən fərman imzalanıb. İqtisadiyyat Nazirliyi bəyan edib ki, həmin fərmanın verilməsi fərdi yaşayış evləri üzərində hüquqların qeydiyyata alınması sahəsində mühüm mərhələ təşkil edir. Fərmana əsasən, əvvəllər hüquqmüəyyənedici sənəd hesab olunmayan bir sıra sənədlər hüquqların qeydiyyatı üçün əsaslar sırasına daxil edilib: "Belə ki, həmin sənədlər qanunvericilikdə öz əksini tapmadığından müvafiq evlərin sənədləşdirilməsi mümkün olmurdu. Fərmanın verilməsi bu problemə son qoymaqla yaşayış evləri üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınmasına böyük təkan verib. Sonradan fərmana bir neçə dəfə dəyişikliklər edilərək sənədlər siyahısı daha da təkmilləşdirilib. Fərman əsasında 2015-ci il yanvar ayından etibarən 100 mindən artıq ev sənədləşdirilib. Hazırda vətəndaşlar tərəfindən özbaşına inşa edilmiş tikililərin, xüsusilə fərdi yaşayış evlərinin və onların yerləşdiyi torpaq sahələrinin sənədləşdirilməsi aktual məsələlərdəndir. Bununla bağlı İlham Əliyevin tapşırığına əsasən Prezident Administrasiyasının rəhbəri tərəfindən 27 iyun 2019-cu il tarixində Tədbirlər Planı təsdiq edilib. Müvafiq hüquqmüəyyənedici sənədlər olmadan inşa edilmiş tikililər və onların yerləşdiyi torpaq sahələrinin qeydiyyatını nəzərdə tutan Tədbirlər Planına uyğun olaraq yerli ekspert komissiyaları formalaşdırılıb".
Nazirlikdən bildirilib ki, komissiyaların tərkibinə yerli icra hakimiyyəti orqanlarının, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Fövqəladə Hallar Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və digər qurumların nümayəndələri daxildir. Hazırda həmin komissiyalar tərəfindən şəhər və rayonlar üzrə müvafiq hüquqmüəyyənedici sənədlər olmadan inşa edilmiş tikililər və onların yerləşdiyi torpaq sahələrinin inventarlaşdırılması həyata keçirilir: "2020-ci ildə pandemiya (COVID-19) səbəbindən inventarlaşdırma işləri müvəqqəti olaraq təxirə salınıb, 2021-ci ildən isə inventarlaşdırma işlərinin davam etdirilməsi nəzərdə tutulur. Yuxarıda da qeyd olunduğu kimi, müvafiq hüquqmüəyyənedici sənədlər olmadan inşa edilmiş tikililər və onların yerləşdiyi torpaq sahələrinin inventarlaşdırılması işlərinin 2021-ci ildə davam etdirilməsi planlaşdırılır. İnventarlaşdırma işləri başa çatdıqdan sonra aidiyyəti qurumlar tərəfindən nəticələrin təhlili aparılacaq. Təhlillər nəticəsində qanunvericilikdə dəyişiklərlə bağlı təkliflərin hazırlanacağı gözlənilir. Qeyd etmək lazımdır ki, sənədləşmə neft kontraktlarının əhatə etdiyi ərazilərə və infrastruktur sahələrinin mühafizə zolaqlarına (Xəzər dənizinin mühafizə zolaqları, yüksək gərginlikli elektrik xətlərinin keçdiyi torpaqlar, neft-qaz boru kəmərlərinin keçdiyi ərazilər və s.) düşməyən tikililərə aiddir".
Oxunub : 1516
DİGƏR XƏBƏRLƏR
11 Aprel 2026 22:12
Bakıya 7 aya yağan yağış iki gündə yağdı - ADSEA sədri - VİDEO
11 Aprel 2026 20:00
Bu şəxslər quru sərhədlərdən keçərək xaricə gedə bilərlər
11 Aprel 2026 19:24
İlham baba mənə “Kamaz” göndərdi - VİDEO
11 Aprel 2026 18:12
Çökən kollektorun qəzalı hissəsi dəyişdirilir - FOTO - VİDEO
10 Aprel 2026 23:33
Bakıda sürət həddinin endirilməsi planlaşdırılır - Sürücülərin NƏZƏRİNƏ - VİDEO
10 Aprel 2026 21:27
WUF13 ilə əlaqədar sərnişinlərə MÜRACİƏT
10 Aprel 2026 18:54
Bakının 18 küçəsində sıxlıq müşahidə olunur - SİYAHI
10 Aprel 2026 18:45
AYNA-dan taksi sürücülərinə şad XƏBƏR - Bu qərar onlara aid deyil
10 Aprel 2026 18:00
Salyan–Şirvan yolundakı təhlükə aradan qaldırıldı - AAYDA-dan AÇIQLAMA - FOTO + VİDEO
10 Aprel 2026 13:56
Azərbaycanda bu maşınlar operativ nəqliyyat vasitələri hesab ediləcək
10 Aprel 2026 13:41
İranda müharibə yenidən başlaya bilər – Politoloq səbəbini AÇIQLADI
10 Aprel 2026 09:16
Yanacaq bahalaşır, yollarda sürət aşağı düşür
ŞƏRH YAZ










