Sərhəddə nəqliyyat vasitələrinin kütləvi sıxlığı qeydə alınıb - FOTO

Qazaxıstan Nəqliyyat Nazirliyi Qazaxıstan Respublikasının Sərhəd Xidməti ilə birlikdə Rusiya Federasiyası ilə dövlət sərhədinin keçidini asanlaşdıran və ölkənin nəqliyyat logistikasında əsas rol oynayan avtonəqliyyat vasitələrinin buraxılış məntəqələrində yoxlama aparılıb.
Avtosfer.az “Azərtac”a istinadla xəbər verir ki, nəzarət-buraxılış məntəqəsinin infrastrukturuna, o cümlədən avtonəqliyyat vasitələrinin hərəkəti zonalarına, baxış sahələrinə, vətəndaşlara və işçilərə xidmət göstərən bina və qurğulara ətraflı baxış keçirilib.
Yoxlama zamanı müəyyən edilib ki, bir sıra nəzarət-buraxılış məntəqələrində Rusiya Federasiyasına gedən neytral zonada, xüsusən də yük maşınları üçün xeyli sıxlıq müşahidə olunur. Bu, növbələrin yaranmasına, keçid məntəqəsi prosedurlarının ləngiməsinə, iştirakçılar və nəticədə Qazaxıstan tərəfində olanlar üçün əlavə vaxt itkisinə gətirib çıxarır.
Bu hallar Rusiya Federasiyası tərəfindən nəzarət tədbirlərinin gücləndirilməsi ilə bağlıdır. O cümlədən, yüklərin yoxlanılması prosedurları gücləndirilib, avtonəqliyyat vasitələrinin texniki baxış müddətləri uzadılıb, sənədlərin yoxlanılması, sanitar və fitosanitar tələblərə uyğunluğunun təmin edilməsi üçün əlavə qaydalar tətbiq edilib.

"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Təmirə bağlanan yollarla əlaqədar məlumatlar sürücülərə necə ötürülməlidir? - DEPUTAT
Metroda xətlərin ayrılması tələbələrin kirayə xərclərinə təsir edəcəkmi?
Sərnişin sıxlığı ilə əlaqədar dərslər distant təşkil oluna bilər? - Ekspertdən AÇIQLAMA
Metrodakı təmir işlər taksi qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
“Qırmızı körpü”də TIR sıxlığı - Sürücülər günlərdir gözləyir - VİDEO
Mustafa Abbasbəyli vəzifəsindən azad olundu










