Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması iclası keçirilib - FOTO

Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə Komissiyanın “Beynəlxalq ticarət” işçi qrupunun tərkibində yaradılan və Dövlət Gömrük Komitəsinin rəhbərlik etdiyi “Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması” altqrupunun növbəti iclası keçirilib.
Dövlət Gömrük Komitəsində keçirilən iclasda Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev altqrupun 2024-cü il üçün Yol Xəritəsində öz əksini tapan tədbirlərin icrasının ölkəmizin beynəlxalq reytinqlərdə irəliləməsi baxımından əhəmiyyətini vurğulayıb.
Həmçinin Yol Xəritəsinin müvafiq bəndlərinin icra vəziyyəti müzakirə edilib, bu istiqamətdə görülmüş işlərə dair məlumatlar verilib, altqrupun 2024-cü il 10 iyul tarixində keçirilmiş görüşü zamanı səsləndirilən sahibkaryönümlü məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Dövlət-biznes dialoqunun inkişaf etdirilməsi, xarici ticarət iştirakçıları üçün münbit şəraitin yaradılması, onlar tərəfindən səsləndirilən sualların operativ qaydada cavablandırılması dövlət orqanları ilə biznes subyektləri arasında əməkdaşlığın bariz nümunəsi kimi qiymətləndirilib.
Daha sonra, görüşün gündəliyinə uyğun olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin səlahiyyətli nümayəndəsi tərəfindən elektron “Bir pəncərə” sisteminə dair təqdimat nümayiş etdirilib və bu istiqamətdə görülən işlərlə bağlı məlumatlar iştirakçıların diqqətinə çatıdırılıb.
Sonda, altqrupun rəhbəri, Dövlət Gömrük Komitəsi sədrinin müavini Natiq Şirinov tərəfindən qarşıya qoyulan hədəflərə nail olmaq məqsədilə tədbirlərin vaxtında və keyfiyyətli icrasının təmin edilməsinin vacibliyi vurğulanıb.
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT










