Sərnişinin ölümünə səbəb olan sürücünün məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Taleh Məmmədovun cinayət işi üzrə məhkəməsi başlayıb.
Avtosfer.az "report"a istinadən xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası dekabrın 7-ə təyin edilib.
Qeyd edək ki, hadisə bu il avqustun 2-də Yasamal rayonu ərazisində baş verib. Yevlax rayon sakini Taleh Məmmədovun nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, idarə etdiyi "İsuzu" markalı avtobus hərəkətdə olarkən qabaq qapısı açıq olduğundan sərnişin, Ağsu rayon sakini Xəzəngül Sadıxova yıxılıb. Kəllə-beyin travması diaqnozu ilə xəstəxanaya yerləşdirilən X.Sadıxova orada vəfat edib.
T.Məmmədov Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunub.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












