Sərxoş avtobus sürücülərinə SƏRT CƏZALAR

Azərbaycanda avtobusu sərxoş idarə edən sürücülərə qarşı xüsusi cəzalar tətbiq ediləcək. Avtosfer.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən əlavələrdə öz əksini tapıb. Belə ki, Məcəllənin 152-1-ci maddəsinə irəli sürülən əlavələrə əsasən, ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə sərnişin daşımaqla idarə edilməsinə görə, nəqliyyat vasitələrini idarəetmə hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 15 gündən 1 ayadək müddətə inzibati həbs cəzasının tətbiq olunması təklif olunur.
Digər əlavəyə əsasən, eyni xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə, nəqliyyat vasitələrini idarəetmə hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 1 aydan 2 ayadək müddətə inzibati həbs cəzasının tətbiq olunması təklif olunur. Əlavədə həmçinin, yuxarıda qeyd olunan xəta nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərərçəkən şəxsə maddi zərər vurulmasına görə, nəqliyyat vasitələrini idarəetmə hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 2 aydan 3 ayadək müddətə inzibati həbs cəzasının tətbiq olunması təklif edilir. Dəyişikliklər səsə qoyularaq qəbul edilib.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












