Səyahət gəmisi batdı - 12 nəfər öldü
Gündəm
18 Oktyabr 2015 15:06

Bu barədə Ukraynanın İnfrastruktur Nazirliyi məlumat yayıb
Ukraynada Odessa yaxınlığında sahildən 300 metr məsafədə “İvolqa” sərnişin gəmisinin çevrilməsi 12 nəfərin ölümünə səbəb olub. Gəminin göyərtəsində 36 nəfərin olduğu bildirilib. Xəsarət alan 20 şəxs xəstəxanaya yerləşdirilib. İtkin düşmüş iki nəfərin axtarışları davam etdirilir. Hadisəyə dənizdə güclü fırtınanın səbəb olduğu göstərilir. Bununla yanaşı, gəmidə xilasedici jiletlərin lazımi sayda olmaması ölənlərin sayının artması ilə nəticələnib. Ölkənin Baş naziri Arseni Yatsenyuk hadisənin araşdırılması ilə bağlı xüsusi komissiyanın yaradılması barədə göstəriş verib. Faciə ilə əlaqədar oktyabrın 18-i Odessada matəm günü elan olunub.
Oxunub : 1463
DİGƏR XƏBƏRLƏR
12 Oktyabr 2026 18:30
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
12 Oktyabr 2026 17:46
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
12 Oktyabr 2026 16:48
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
12 Oktyabr 2026 11:30
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
12 Oktyabr 2026 09:23
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
12 Oktyabr 2026 08:54
Həftəyə tıxacla başladıq - SİYAHI
11 Oktyabr 2026 21:32
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
11 Oktyabr 2026 18:41
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
11 Oktyabr 2026 10:32
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
10 Oktyabr 2026 09:45
Yollarda duman var - Sürücülərin nəzərinə!
9 Oktyabr 2026 22:06
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
9 Oktyabr 2026 21:30
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
ŞƏRH YAZ












