Şiddətli yağış Türkiyədə bir sıra fəsadlar törətdi - FOTO

Güclü yağış və fırtına Türkiyədə bir sıra fəsadlar törədib.
Avtosfer.az ” Türkiyə KİV-nə istinadən xəbər verir ki, şiddətli yağış və fırtına nəticəsində paytaxt Ankarada 3 binanın damı uçub.
Qeyd olunur ki, uçan damların hissələri avtomobillərin üzərinə düşüb və nəticədə 3 maşın yararsız hala qalıb. Bununla yanaşı, fırtına nəticəsində bir məhəllədə elektrik naqilləri də qopub.
Fırtına Ankaranın Hüseyinqazi məhəlləsində yolun kənarındakı ağacları da yerindən qoparıb. Polatlı əyalətində isə güclü yağış səbəbindən sel yaranıb. Sel isə öz növbəsində burada bir neçə ev heyvanının tələf olmasına və yolların su altında qalmasına səbəb olub.
Həmçinin, Karapürçek məhəlləsində yağış nəticəsində evlərə su dolub. Bildirilir ki, hadisə nəticəsində xəsarət alan olmayıb.






11 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ - FOTO
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtın ən təhlükəli yolu – Bu küçədə sürət limitinə əməl edilmir - VİDEO










