Şimal-Cənub Dəhlizi Azərbaycan və İranın birgə mənafeyini təmin edəcək

Şimal-Cənub Dəhlizi çərçivəsində dəmiryolunun təkmilləşməsi Azərbaycan və İranın birgə mənafeyini təmin edəcək. Bunu Trend-ə açıqlamasında iranlı deputat Əhməd Əlirzabeygi deyib. Onun sözlərinə görə, İranın şimalında yerləşən Gilan vilayətində Rəşt-Astara dəmiryolunun inşa edilməsi ilə Şimal-Cənub Dəhlizi dəmiryolu təkmilləşəcək.
Əlirzabeygi əlavə edib ki, Rəşt-Astara dəmiryolu hazırda İranın meqa-proyektlərindən biri sayılır. Şimal-Cənub Dəhlizi bu baxımdan hər iki ölkənin prioriteti olaraq diqqətdə saxlanılmalıdır. “Bu dəmiryolunun tezliklə inşa edilərək başa çatdırılması ilə İran Rusiya bazarına Azərbaycan vasitəsi ilə çıxış əldə edəcək. Qarşılığında Azərbaycanın da bu dəmiryolu vasitəsi ilə Fars körfəzinə çıxışı olacaq” – deyə, o qeyd edib.
İranlı deputat bildirib ki, son illərdə Azərbaycan və İran arasında siyasi münasibətlər iqtisadi əsasların möhkəmlənməsi ilə nəticələnib. İqtisadi münasibətlərin inkişaf etməsi ilə ötən ildə İranın Azərbaycana məhsul ixracı əvvəlki illə müqayisədə artıb.
İranlı deputat deyib ki, bundan əlavə, İranın şimal-qərbində yerləşən Ərdəbil vilayətində Parsabad rayonu və Azərbaycanın İmişli rayonu arasında sərhəd terminalının yaradılması İranın Azərbaycan vasitəsi ilə məhsul ixracını artıra bilər.
Deputatın sözlərinə görə, tarixi və mədəni ortaqlıqlara və ikitərəfli mənafeyə söykənən münasibətlər hər hansı üçüncü ölkənin təsiri altına düşməyəcək və inkişaf edəcək.
Qeyd edək ki, İranın Gömrük Administrasiyasının məlumatına əsasən, ötən ilin martından bu ilin martınadək (21 mart 2019-dan -20 mart 2020-dək) İran Azərbaycana 429 milyon dollar dəyərində məhsul ixrac edib.
İran ötən il (21 mart 2018-dən -21 mart 2019-dək) Azərbaycana 411 milyon dollar dəyərində məhsul ixrac edib.
Piyadalara su sıçradan sürücüləri hansı cəza gözləyir? - VİDEO
Sel suları kənd yolunun bir hissəsini yararsız hala saldı - FOTO
Bakı səhəri belə açdı - Yağışlı yollardan yeni görüntülər - VİDEO
Metropoliten rəisi: ictimai nəqliyyat pulsuz olmalıdır
Hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Yağış suları həyətə dolur, hərəkət çətinləşir; qurumlardan reaksiya yoxdur - VİDEO
Sabunçu keçidi bağlandı - VİDEO
FHN əhaliyə müraciət etdi
Ermənistan təyyarələrimizin uçuşuna qadağa qoyub? - AÇIQLAMA
Qar, yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək - Sabahın havası
Bu icra hakimiyyətində kadr dəyişikliyi oldu










