Şimal-qərb bölgəsinə ilk qar yağdı - VİDEO

Şimal-qərb bölgəsinə ilk qar yağıb. Avtosfer.az anspress-ə istinadən xəbər verir ki, İsmayıllı Balakən zonasına səhər saatlarından yağan ilk qar havanın da kəskin şəkildə soyumasına səbəb olub.
Yüksək dağ kəndlərində havanın tempraturu 5-10 dərəcə aşağı enib. Bölgədə ən çox qar Qax rayonunun dağlıq İlisu və Sarıbaş kəndlərinə düşüb.
Səhər saatlarından yağmağa başlayan qar İlisuya gedən avtomobil yolunu örtsə də, kəndə gediş-gəliş məhdudlaşmayıb. Sürücülər avtomobillərini qışa əvvəlcədən hazırladıqlarını söyləyirlər.
Sakinlər isə yağan bu qarın bərəkət olduğunu deyirlər.
“Yağan qardan mən ləzzət alıram. Çox gözəldi. Bu qar bərəkətdir, sağlamlıqdır. İndi dostumla birlikdə yola çıxmşıq, gəzməyə gedirik”, – deyə kənd sakini Akif İsmayılov bildirib.
Qaxın İlisu kəndində qarın qalınlığı təqribən 10, Sarıbaş kəndində isə 20 sm-dən artıqdır.
Hidrometroloqlar bölgədə yağıntılı hava şəraitinin dekabrın 6-dək davam edəcəyini bildirir.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












