Şou aləmini silkələyən həbslər - Məşhurların cinayət gündəliyi

İndiyə qədər müğənnilərdən meyxanaçılara, prodüserlərdən tanınmış simalara qədər bir çox şəxsin adı müxtəlif cinayət işlərində hallanıb. Kimisi təhqir və böhtana, kimisi narkotik maddələrin qanunsuz dövriyyəsinə, kimisi isə daha ağır ittihamlara görə məsuliyyətə cəlb olunub.
Avtosfer.az xəbər verir ki, bu barədə "Yenisabah" müxtəlif qalmaqallarla gündəmə gələn tanınmış simaların həbsləri barədə məlumatları təqdim edir:
Dəniz Əsədova - Müğənni sosial şəbəkədə vəkil Asim Abbasovu təhqir etdiyi və fotolarını icazəsiz paylaşdığı üçün xüsusi ittiham qaydasında məhkəməyə verilib. O, təhqir və böhtana görə 2025-ci il mayın 15-də 7 ay müddətində azadlıqdan məhrum edilib.
Mahir Qonşuyev (“Mahir Ay Brat”) - Meyxanaçı elektron qolbaq şərtlərini pozduğu üçün 2025-ci il iyunun 20-də yenidən həbs edilib. O, əvvəllər narkotik saxlama ittihamı ilə (CM 234.1-1) məhkum olunmuş, 2024-cü ildə 1 il 8 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası almışdı.
Təranə Səmədova - Prodüser 2017-ci ildə qadın alverinə görə 2 il həbs yatıb. 2023-cü ildə narkotik maddə gəzdirdiyi üçün saxlanılsa da, hamilə olduğu üçün cərimə ilə azadlığa buraxılıb. O, 2023-cü il fevralın 14-də Cinayət Məcəlləsinin 182-ci ( hədə-qorxu ilə tələb etmə) maddəsi ilə həbs edilib.
Rəşad Dağlı - Meyxanaçı 2022-ci ilin noyabrında qonşusu İsgəndər Mehdiyevi bıçaqlayaraq qətlə yetirdiyi üçün 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcələsinin 120.1 və 228.4-cü maddələri ilə təqsirli bilinib.
Fədayə Laçın - 2017-ci il oktyabrın 23-də qaçan məhbuslara yardım göstərdiyi üçün 5 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını sonradan 2 ilə endirib.
Qeyd edək ki, 2017-ci il 13 sentyabr tarixində müğənni Kərim Abbasovun da həbs olunacağı haqqında xəbərlər yayılıb. Buna səbəb Kərimin, evini təmir edən ustaya mətbəx bıçağı ilə hücum etməsi olub. Lakin iddialar əsassız olduğu üçün müğənni həbs edilməyib.
Rəqsanə İsmayılova - bu gün müğənninin həbs xəbəri yayılıb. O, iki nəfər zərərçəkən şəxsin ümumilikdə 35.000 manat dəyərində qızıl-zinət əşyalarını və 520.000 ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirib.
Müğənni barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Rəqsanə İsmayılova ilə bağlı daha öncə iki dəfə həbs qərarının çıxması ilə bağlı xəbərlər yayılsa da, müğənni təkzib etmişdi.
Yeni qərardan sonra bağçalardakı yelləncək və sürüşkənlər söküləcək? – RƏSMİ AÇIQLAMA
Bakıda piyadaların təhlükəsizliyi üçün hansı dəyişikliklərə ehtiyac var? – DEPUTAT
Bakıxanovda nəqliyyat qovşağı və yeni iş yerləri yaradıla bilər? - TƏKLİF
Binədə Şəhidlər küçəsinin bərbad vəziyyət: Natəmizlik və yol problemi - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev: “Sülh hələ də kövrəkdir” - VİDEO
Xırdalanın nəqliyyat sistemində yenilik; nələr dəyişəcək? – AÇIQLAMA
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat CƏRİMƏLƏNİR? - RƏSMİ CAVAB
ABŞ-nin İranla bağlı planı; sanksiyalar və hərbi müdaxilə? – POLİTOLOQ
Mərkəzi Asiyada yeni güc savaşı: Çin və Hindistanın planı nədir?
Bakıda piyada gəzmək niyə çətinləşir? – Şəhərin əsas problemi












