Sovet maşınları ilə bağlı qərar ... - İstifadəsi qadağan ediləcək?

Özbəkistanda SSRİ dövründən qalan köhnə avtomobillərlə bağlı yeni qaydalar qüvvəyə minib. Nazirlər Kabinetinin qərarına əsasən, 2026-cı il fevralın 1-dən etibarən istehsal tarixindən 50 il və daha çox vaxt keçmiş avtomobillərin istismarı və yenidən qeydiyyatı qadağan olunub. Bu isə faktiki olaraq 1976-cı ildən əvvəl istehsal edilən “Jiquli”, “Moskviç” və digər sovet istehsalı maşınların mərhələli şəkildə yollardan çıxarılması deməkdir.
Maraqlıdır, oxşar məhdudiyyətlərin Azərbaycanda tətbiqi mümkündürmü? Sovet dövründən qalan avtomobillərlə bağlı gələcəkdə hansı qərarlar verilə bilər?
Avtosfer.az xəbər verir ki, bu barədə konkret.az-ın suallarını cavablandıran nəqliyyat eksperti Elməddin Muradlının sözlərinə görə, ölkədə avtomobillərin konkret istehsal olunduğu ölkəyə və ya dövrə görə məhdudlaşdırılması nəzərdə tutulmur.

Ekspert bildirib ki, hazırda əsas məsələ köhnə və istismara yararsız nəqliyyat vasitələrinin mərhələli şəkildə dövriyyədən çıxarılmasıdır:
“Bununla bağlı hər hansı göstəriş yoxdur, belə bir qərar qəbul edilməyib və mövzu üzrə müzakirələr də aparılmır. Sadəcə avtomobillərin utilizasiya prosesi nəzərdə tutulur. İstismara yararsız digər nəqliyyat vasitələri kimi sovet dövründən qalan maşınlar da tədricən utilizasiyaya cəlb olunmalıdır. Utilizasiya prosesi real vəziyyət nəzərə alınmaqla həyata keçirilir və bu, qısa müddətdə baş verməyəcək. Çünki ölkədə hələ də minlərlə vətəndaş gündəlik istifadə üçün sovet istehsalı avtomobillərdən yararlanır”.
Elməddin Muradlı qeyd edib ki, sovet avtomobillərinin yollardan tam yoxa çıxması uzun zaman tələb edəcək:
“Bu proses onilliklər çəkə bilər. İnsanlar hələ də həmin avtomobillərdən istifadə edir. Ona görə də konkret bir il və ya tarixlə bağlı qərar yoxdur”.
Beləliklə, yaxın illərdə Azərbaycanda sovet maşınlarına ümumi qadağa tətbiqi gözlənilmir, onların sayının azalması isə əsasən utilizasiya və təbii yenilənmə prosesi hesabına baş verəcək.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












