Su basan yollar bərpa edilir

İntensiv yağan yağışlardan sonra cənub bölgəsində yollarda yaranan problemlər aradan qaldırılır. Avtosfer.az “Azəryolservis” ASC-ninsaytına istinadən xəbər verir ki, İstisu-Havzana yolunun 5-ci kilometrliyində, Mollaoba kəndində, Veravul çayı üzərində və Diryan yolunda yerləşən körpülərin yanaşma yollarının müəyyən hissələrini sel suları yuyub. Əraziyə cəlb olunmuş canlı qüvvə və texnika vasitəsi ilə həmin hissələr bərpa olunub. Körpülərə heç bir ziyan dəyməyib. Əşlə kəndinə gedən yolda Lənkəran çayı üzərində yerləşən körpünün orta dayağında sel sularının güclü axını nəticəsində bir-neçə santimetr çökmə qeydə alınıb. Sözügedən istiqamətlərdə nəqliyyat vasitələrinin hərəkətində hazırda hər-hansı bir problem yoxdur. Lerik rayonunun Piran-Veri və Piran-Bürsülü yollarında yerləşən su ötürücüləri sel suları nəticəsində yuyulub dağılsa da, ərazidə həmin istiqamətlərdə problemləri aradan qaldıraraq, nəqliyyat vasitələrinin hərəkətini bərpa ediblər. Bundan başqa, Lerik rayonunun Vənədi yolunda və Cəlilabad rayonunun Cəlilabad-Seyidbazar avtomobil yolunun 6-cı kilometrliyində su nizamlayıcı boruların sel suları səbəbi ilə yuyularaq dağılması istiqamətində bərpa işləri həyata keçirilir. Yaxın saatlarda həmin istiqamətlərdə də nəqliyyat vasitələrinin hərəkəti bərpa ediləcək.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin canlı qüvvəsi və texnikası sözügedən yollarda nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkəti üçün işlərini davam etdirir.
Qeyd edək ki, hazırda Lənkəran-Lerik, Masallı-Yardımlı və Ələt-Astara-İran İslam Respublikası sərhədi avtomobil yollarında nəqliyyat vasitələrinin hərəkətində hər-hansı bir problem yoxdur.
Emin
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - Sürücülərə XƏBƏRDARLIQ
Paytaxtın bu küçələrində sıxlıq müşahidə edilir - SİYAHI - FOTO
Hövsan yolunda yaranmış dərin çuxur sürücüyə ziyan vurdu - VİDEO
Azərbaycanla Ermənistan bu il Türkiyədə sülh müqaviləsi bağalaya bilər - POLİTOLOQ
Türk dövlətləri İran–ABŞ münaqişəsinə necə reaksiya verdilər? - EKSPERT AÇIQLADI
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTOLAR
Brent markalı neftin qiyməti qalxıb bu qədər oldu
Prezident sosial şəbəkə hesabında PAYLAŞIM ETDİ
Bu göstərici üzrə biz dünyada birinci yerdəyik - İlham Əliyev
Taksi sürücülərinə ŞAD XƏBƏR: Yeni qaydalar bu sürücülərə şamil edilməyəcək – AÇIQLAMA - VİDEO
Bakının bəzi yollarında təmir işləri aparılacaq - Bu gecə - Sürücülərin diqqətinə!








