Sualtı qaz kəmərlərinə nəzarət üçün PUA-lardan istifadə ediləcək

Almaniya hərbi donanması pilotsuz aparatların istifadəsini genişləndirmək niyyətindədir və onlardan sualtı kritik infrastruktur obyektlərinə, o cümlədən qaz kəmərlərinə nəzarət üçün istifadə etməyi planlaşdırır.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bunu Almaniya Hərbi Dəniz Qüvvələrinin (HDQ) baş komandanı, vitse-admiral Yan Kristian Kaak “The Japan Times” nəşrinə bildirib.
“Biz pilotsuz sistemlər sahəsində texnoloji inkişaflardan irəli gələn imkanları da görürük və bu istiqamətdə səylərimizi gücləndirəcəyik. Bu sistemlərin istifadəsi hərbçilərimiz üçün mümkün təhlükələri minimuma endirəcək. Bundan əlavə, bu sistemlər zəif yerlərə nəzarət üçün idealdır. Buraya xüsusilə, qaz kəmərləri kimi mühüm sualtı infrastruktura nəzarət daxildir”, - o vurğulayıb.
Vitse-admiral, həmçinin bildirib ki, 2035-ci ilə qədər Berlin öz donanmasını müasir freqatlar, sualtı qayıqlar və s. ilə təchiz etməyi planlaşdırır.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












