Sumqayıt yolu yenə çökür – FOTO

Bir müddət öncə sürüşmə qeydə alınan Sumqayıt yolunun Bakı Beynəlxalq Avtovağzal yaxınlığındakı hissəsində çatlar getdikcə genişlənir. Avtosfer.az xəbər verir ki, bu barədə “qafqazinfo”nun əməkdaşı bu gün yenidən hadisə yerinə baş çəkib. Məlum olub ki, problem tam həllini tapmayıb. Qeyd edək ki, prezident İlham Əliyevin oktyabrın 25-də Sumqayıt şəhərinə səfəri öncəsi Avtovağzalın yaxınlığındakı yolda çatların üstü asfaltlanıb. İlk günlərdə asfalt örtüyünün altında qalan sürüşmə çatları görünmürdü. Lakin son 3 gün ərzində alt qatda sürüşmənin davam etməsi və çatların daha da genişlənməsi sonradan əlavə edilən asfalt layına da təsir edib. Artıq yeni salınan asfalt örtüyündə çatlar və çökəklər əmələ gəlib. Bu hərəkətlilik yolun orta və sol kənar zolaqlarında da özünü göstərib. Bu da sonradan əlavə edilən asfalt qatının altındakı sürüşmə hərəkətinin nə dərəcədə təhlükəli olduğunu göstərir.
Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının sədri Abid Şərifov açıqlamasında həmin ərazidə baş verən sürüşmə-çökmə hərəkərinin ciddi məsələ olduğunu demişdi: “Hazırda orada ciddi iş gedir, yaxın vaxtlarda başa çatacaq. Ərazidə qorxulu halın baş verməsinin qarşısı alınıb. İstinad divarlarının aşmaması üçün dirəklər vurulub. Bu məsələ ciddi nəzarətdədir. Biz əraziyə mütəxəssislərlə birgə baxış keçirmişik və belə qənaətə gəlmişik ki, bu işlər görülməlidir. İşlər də həyata keçirilir. İnşallah, ona görə də ciddi, qorxulu bir hadisə ola bilməz”.



Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












