Sumqayıtda avtomobil yolu yenidən çökdü - FOTO - VİDEO

Sumqayıtda avtomobil yolu çöküb.
Avtosfer.az xəbər verir ki, şəhərin Kamran Hüseynov küçəsində baş verən hadisə zamanı yol yararsız vəziyyətə düşüb.
İlkin ehtimala görə, çökməyə səbəb kanalizasiya borularının köhnə olması səbəbindən çirkab suların daşaraq torpaq qatını yumasıdır.
Səhər saatlarından əraziyə “Azərsu” ASC-nin briqadası cəlb edilib. Yolda təhlükəsizlik məqsədilə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
“Azərsu” ASC-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən küçədə qəza dünən gecə saatlarında baş verib:
“Qəza ilə bağlı daxil olan müraciət əsasında əraziyə qurumun Sumqayıt Su Kanal İdarəsinin qəza xidmətinin əməkdaşları cəlb edilib. Ərazidə zəruri təhlükəsizlik tədbirləri görülüb. Sovet dövründən istifadədə olan kanalizasiya boruları olduğundan müxtəlif vaxtlarda burada bir neçə dəfə bənzər hal baş verib. Hazırda yolun çökmüş hissəsindən keçən 600 mm-lik dəmir-beton borularda qəzalı olan hissənin yenilənməsi üçün tədbir görülür”.
Qeyd edək ki, şəhərin sözügedən K.Hüseynov küçəsində avtomobil yolunun müxtəlif istiqamətlərində dəfələrlə yol çökməsi qeydə alınıb.
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ












