Sumqayıtda naməlum şəxs qarət edə bilmədiyi mağazanı yandırıb - FOTO

Sumqayıtda naməlum şəxs qarət edə bilmədiyi mağazanı yandırıb.
APA-nın məlumatına görə, hadisə şəhərin 4-cü məhəlləsində binalardan birində qeydə alınıb. Oğurluq etmək istəyən şəxs sentyabrın 6-da gecə saatlarında ərazidə olan ticarət obyektlərini qarət etmək istəyib. Həmin şəxs ərazidə olan “Dönər evi”nin qapısını sındıraraq içəri girib, orada olan ərzaq məhsullarını, suları və 500 manata yaxın pulu götürüb. Sonra isə oğru digər obyektə - kiçik ərzaq mağazasına girməyə cəhd edib. Qapını aça bilmədiyindən obyektin plastik material olan hissəsini yandırıb içəri girməyə çalışıb. Lakin o, istəyinə nail ola bilməyərək aradan çıxıb.
Mağazanın icarədarı Rəsmiyyə Abbasova bildirib ki, həmin şəxs öz niyyətini sentyabrın 17-də gecə saatlarında yenidən həyata keçirmək istəyib. Oğurluq etmək istəyən şəxs ərazidə olan digər obyektlərdə quraşdırılmış müşahidə kamerasına düşüb. Rəsmiyyə Abbasovanın sözlərinə görə, ona 10 min manata yaxın ziyan dəyib. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub.
Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində araşdırmalar aparılır və hadisənin səbəbkarlarının tapılması istiqamətində müvafiq addımlar atılır.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA





















