Qanunsuz idman yarışı təşkil edən əməkdar məşqçi və müəllim saxlanılıb - FOTO

Sumqayıt şəhər Polis idarəsinin əməkdaşları şəhər ərazisində koronavirusa qarşı aparılan mübarizə tədbirlərini davam etdirir. APA-nın məlumatına görə, şəhərin 12-ci mikrorayon ərazisində keçirilən reyd zamanı karantin qaydalarının kobud şəkildə pozulması faktı aşkarlanıb. Belə ki, yaşayış binalarından birinin zirzəmisində fəaliyyət göstərən idman zalında qanunvericiliyin tələblərinə əməl edilməyib. Həmin idman zalında Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi qaydalara zidd olaraq kütləvi idman yarışının keçirildiyi məlum olub.
Boksla məşğul olan 80-ə yaxın idmançının cəlb edildiyi yarış polis əməkdaşlarının müdaxiləsi nəticəsində yarımçıq dayandırılıb. Yarışın təşkilatçıları, 1977-ci il təvəllüdlü Təhsil Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Şahmat Məktəbinin boks müəllimi, “Əməkdar məşqçi” Anar Baxışov və şəhərin 11-ci mikrorayonunda fəaliyyət göstərən “Rafael” idman klubunun boks müəllimi Valeh Əliyev Sumqayıt polisi tərəfindən inzibati məsuliyyətə cəlb olunublar.
Sumqayıt şəhər Polis İdarəsinə gətirilən yarışın hər iki təşkilatçısı barədə qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati cəza tədbirləri görülüb.
Saxlanılan şəxslərlə maarifləndirici söhbətlər aparılıb və onlar karantin qaydalarına zidd olaraq yarış təşkil etdiklərini etiraf ediblər.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
















