Sürət elektrikli avtomobillərə necə təsir edir? - MƏSLƏHƏTLƏR

“Chevrolet Silverado EV” bir dəfəlik batareya yığımı ilə 1000 kilometrdən çox məsafə qət edib. Rekord göstəricinin sirri sadə olub — elektromobil sabit və aşağı sürətlə hərəkət edib ki, bu da enerji sərfiyyatını əhəmiyyətli dərəcədə azaltmağa imkan verib. Avtosfer.az Lent.az-a istinadən xəbər verir ki, bəzilərinin iddiasına görə, səbəb fizika ilə bağlıdır. Əsas amil aerodinamik müqavimətdir və o, avtomobilin axıcılıq əmsalından, eləcə də sürətindən asılıdır. Burada həlledici rol məhz sürətə məxsusdur: sürətin ikiqat artırılması müqaviməti dörd dəfə böyüdür. Bu isə o deməkdir ki, avtomobil nə qədər yavaş hərəkət edirsə, bir o qədər az enerji sərf edir. Avtomobil istehsalçıları daim modellərinin aerodinamik müqavimət əmsalını azaltmağa çalışsalar da, heç bir mühəndislik hiyləsi sürətin azaldılmasının yaratdığı effektlə müqayisə oluna bilməz. Məhz bu üsul “Chevrolet”ə unikal nəticəni nümayiş etdirməyə imkan verib. Mütəxəssislər qeyd edirlər ki, belə praktika gündəlik həyatda çətin tətbiq oluna bilər, çünki çox yavaş sürmək narahatlıq yaradır. Bununla belə, maksimum qənaətə can atanlar üçün sadə resept aydındır — qaz pedalına daha yüngül basmaq kifayətdir.
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO












