"Sürücü əməliyyat olunacaq" - Nuridə Allahyarova

“BakuBus”MMC-nin sərnişin tərəfindən döyülən sürücüsü cərrahiyyə əməliyyatı olunacaq. Avtosfer.az xəbər verir ki, bu barədə jurnalistlərə “BakuBus”MMC-nin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib. O, bildirib ki, “Baku Bus” şirkətində qoyulan əsas qaydalardan biri də sərnişinlərin dayanacaqdan kənarda saxlama xahişini, tələbini yerinə yetirməməsi ilə bağlıdır: “Bununla bağlı sürücülərə xüsusi tapşırıqlar verilir. Avtobusun daxilində baş verənlər isə kamera ilə izlənilir. Noyabrın 29-da isə bizim şirkətə məxsus xətdə xoşagəlməz hal baş verib. Sərnişin sürücüdən dayanacaqdan kənarda saxalamağı istəyib və bu zaman sürücü ilə sərnişin arasında mübahisə yaranıb. Müdaxilə edən başqa bir sərnişin isə “Baku Bus”un sürücüsünə ağır bədən xəsarətləri yetirib. Bu gün həmin sürücü əməliyyat olunacaq. Həmin sərnişin barəsində isə artıq hüquq-mühafizə orqanlarına müarciət olunub. Hadisə ilə bağlı bizim şirkətin vermək istədiyi açıqlama odur ki, sərnişinlərin sürücülərin işinə müdaxiləsi qəza ilə nəticələnə bilər və bütün sərnişinlər üçün bu təhlükə törədə bilər. Odur ki, bütün sərnişinləri sürücü ilə münasibətdə diqqətli olmağa çağırırıq”.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












