Sürücü işləmək istəyənlərin DİQQƏTİNƏ! - Müdafiə Nazirliyi qəbulu elan edir

Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə sürücü vəzifələrində xidmət etmək (işləmək) üçün C, D və E kateqoriyalı sürücülər tələb olunur.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a bildirilib ki, 50 yaşınadək olan mülki şəxslər, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları (uyğunsuzluqla ehtiyata buraxılanlar istisna olmaqla), həmçinin ehtiyatda olan hərbi vəzifəlilər Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə müraciət edə bilərlər.
Tələb olunan sənədlər:
- C, D və ya E kateqoriyalı sürücülük vəsiqəsi;
- şəxsiyyət vəsiqəsinin surəti;
- hərbi biletin surəti;
- tərcümeyi-hal;
- rəngli fotoşəkil (2 ədəd 3x4 və 2 ədəd 4.5x6 sm ölçüdə);
- qeydiyyatda olduğu poliklinikadan (dəri-zöhrəvi, vərəm, ruhi-əsəb, narkoloji xəstəliklərin olmaması barədə) arayış.
Sənəd qəbulunun həyata keçiriləcəyi ünvan: Biləcəri qəsəbəsi, X.Natəvani küçəsi 1. (Müdafiə Nazirliyinin Maddi Texniki Təminat Baş İdarəsi)
Müraciət etmə vaxtı: həftəiçi (bazar və bayram günlərindən başqa) saat 09:00-dan 18:00-dək, şənbə günləri saat 09:00-dan 13:00-dəkdir.
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib












