Sürücülərə müraciət: Avtomobili belə idarə etməyin!

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.
Müraciətdə deyilir ki, yol hərəkətində təhlükəsizliyin təmin olunması hamı üçün vacibdir:
"Avtomobil idarə etmək yalnız texniki bacarıq deyil, eyni zamanda maksimum diqqət və məsuliyyət tələb edir. Aparılan müşahidələr göstərir ki, bəzi yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan amillərdən biri də sürücülərin sükan arxasında uyğun olmayan geyimlərdən, xüsusilə də ayaqqabılardan istifadə etməsidir. Nazik və yüksək dabanlı, topuqlu, arxası açıq, sürüşkən və elastik altlıqlı ayaqqabılar pedallar üzərində nəzarəti çətinləşdirir, ayağın sürüşməsinə və pedalın vaxtında, düzgün sıxılmamasına səbəb olur ki, bu da qəza riskini artırır. Bu kimi hallar daha çox xanım sürücülər arasında müşahidə olunur. Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücüləri diqqətli olmağa, özlərinin və digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyi naminə məsuliyyətli davranmağa çağırır.
Təhlükəsizliyinizi düşünün – özünüzü və digərlərini qoruyun!"
Avtosfer.az xəbər verir ki, bu barədə nazirliyin çağırışı barədə “Crossmedia”ya danışan nəqliyyat eksperti Elməddin Muradlı sürücülərin bu cür qaydalara əməl etməklə öz həyatlarını sığortalanmış olduqlarını qeyd edib:

"Bəli, bu, təhlükəli davranışdır. Biz də bununla bağlı hər zaman tövsiyyələrimizi veririk, sürücüləri bu cür geyimlərdən daşındırmağa çalışırıq. Bəzi vətəndaşlar bu tövsiyyələrə əməl edirlər. Lakin tövsiyələri nəzərə almayanlar da çoxdur. Deyirlər ki, bizə belə rahatdır. Ancaq, əlbəttə, qeyd olunan geyimlər qəza qiskini artırır. Dabanlı ayaqqabı geyindikdə daban yerə dəymədiyindəm ayaq keyiyir, sürücü əyləc və qazdan düzgün istifadə edə, tənzimləmə edə bilmir. Nəticədə qəza ehtimalı artır”.
Müsahibimizin sözlərinə görə, avtomobili başmaqla idarə etmək də təhlükəlidir:
“Bir daha qeyd edirəm, xanımlar dabanlı ayaqqabı, bəylər isə xüsusilə yay aylarında başmaqda olduqda bu cür qəza halları qaçılmaz olur. Misal üçün, siz əyləci basmalı olduğunuz halda başmaq ayağınızdan sürüşür və ya dolanır. Nəticədə sürücü özünü riskə atmış olur. Düşünürəm, Baş Dövlət Yol Polisi bizim təhlükəsizliyi naminə bu barədə düzgün və haqlı müraciət edir. Sürücülərin də bu qaydalara əməl etməsi arzuolunandır".
Ekspert,həmçinin bununla bağlı hər hansısa qaydaların və ya cərimələrin olmadığını qeyd edib:
"Qeyd etmək istərdim ki, bununla bağlı məhdudlaşdırma və ya cərimə tədbirləri yoxdur. Sadəcə olaraq sürücülərə tövsiyyələr və xəbərdarlıqlar edilir. Sürücülərin isə bu tövsiyyələrə, çağırışlara riayət etməsi əlbəttə öz həyati təhlükəsizliklərini sığortalayır".
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO












