Sürücülərə ŞAD XƏBƏR: 8 Noyabr prospekti bu tarixdə AÇILACAQ

8 Noyabr prospektində böyük həcmli işlər yekunlaşıb.
Bununla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli məlumat verib.
O bildirib ki, artıq prospektin Yusif Səfərov küçəsindən Xəqani Rüstəmov küçəsinədək olan hissəsi və layihə çərçivəsində Afiyəddin Cəlilov küçəsi də əsaslı şəkildə yenidən qurulub. Hazırda Sadıqcan küçəsindən Zığ dairəsinədək olan hissədə asfaltlama işləri görülür. Sonra geri hissə, yəni Zığ dairəsindən Sadıqcan küçəsi istiqamətində asfaltlanma işləri davam etdiriləcək. Bu hissədə də işlər yekunlaşmaq üzrədir.
Anar Nəcəfli bildirib ki, Xəqani Rüstəmovla Sadıqcan küçəsi arasındakı olan yolda isə koordinasiyalı şəkildə iş görülür: "Digər qurumlar da orada işlərini aparırlar. Kommunikasiya xətləri, bunların yenilənməsi və çəkilməsi işləri də paralel olaraq aparılır. Sözügedən işlər yekunlaşdıqca biz də bərpa işlərini aparırıq. Bununla bağlı iş düşünürəm bir aya, ay yarım ərzində yekunlaşacaq".
Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov 8 Noyabr prospektində gedən işlərin yekunlaşmasının ardından istifadəyə veriləcək yolun tıxaclara nə kimi təsir edəcəyi ilə bağlı danışıb. Ekspert bildirib ki, 8 Noyabr prospekti Bakı şəhərinin aparıcı küçə və prospektləri içərisində özünüməxsus yer tutan nəqliyyat infrastrukturudur:
"Ona görə də bu yolun daha da təkmilləşdirilməsi, innovativ texnologiyalarla idarə olunması vacibdir. Nəzərə alsaq ki, prospekt şəhərin mərkəzi hissəsi ilə birbaşa şəhər ətrafı böyük həcmli yol şəbəkəsini, yaşayış məntəqəsini birləşdirir, bu hal yolun əhəmiyyətini daha da artırır. Yolda hərəkətin təşkil edilməsində əsas məsələrdən biri "Nargilə" restoranı adlanan ərazi, bir də Gəncə prospekti kəsişməsidir. Şəhərə daha yaxın olan Yusif Səfərov küçəsi istiqamətində tıxacların düyün nöqtələri bu hissələrdədir. Əgər bu kəsişmələrdə infrastruktur yenilənəndən sonra, hər hansı yenilik gətirilbsə, yəni əlavə nəsə quraşdırılıbsa, tıxac problemi aradan qalxacaq. Əgər sadəcə asfalt dəyişikliyi edilibsə, deyil".
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT










