Sürücülərə ŞAD XƏBƏR - Bu tarixlərdə Bakıda tıxac olmayacaq

11-24 noyabr tarixlərində Bakıda beynəlxalq COP29 tədbiri keçiriləcək. Sözgügedən zaman kəsiyində tədbirlə əlaqədar, paytaxtda təxminən 90-100 min qonağın olacağı nəzərdə tutulur.
Onların arasında bir çox dünya ölkələrinin hökumət başçıları və rəhbər şəxsləri, iqlim və enerji mütəxəssisləri, jurnalistlər də var. Bu cür genişmiqyaslı tədbirin keçirilməsi üçün öncədən zəruri tədbirlər görülüb. Hər şeydən öncə, COP29-da iştirak edəcək qonaq sayı və tədbirin əhatə dairəsini nəzərə alsaq, paytaxtın nəqliyyat infrastrukturunda problemlərin olmaması olduqca vacibdir.
Avtosfer.az yeni.sabah-a istinadən xəbər verir ki, məhz bu səbəbdən, təhsil müəssisələri və bir sıra iş yerlərində onlayn rejimə keçilməsi nəzərdə tutulur. Bu isə Bakı yollarında hazırda müşahidə olunan intensiv tıxacların kəskin sürətdə azalmasına gətirib çıxaracaq. Gündəlik olaraq univeristetlərə, məktəblərə və müxtəlif iş yerlərinə üz tutan şagird, tələbə və müəllimlərin sayını nəzərə alsaq, 10 minlərlə avtomobilin yollardan müvəqqəti də olsa, yığışılacağını demək olar. Belə olan təqdirdə, təkcə paytaxtımızın qonaqları yox, yerli sürücülər də 2 həftəlik “rahat nəfəs alacaq”.
Tədbir ərzində ətraf qəsəbələrdən, o cümlədən Sumqayıt və Xirdalan kimi Bakıya yaxın şəhərlərdən gündəlik fəaliyyət göstərən marşurtların da hərəkət cədvəlində dəyişikliklərin olması nəzərdə tutulur. Gələn qonaqların 2 həftəlik tədbir müddəti ərzində paytaxtın tarixi və turistik yerlərinə mütəmadi ekskursiyalar edəcəyini nəzərə alsaq, bu kimi tədbirlərin olması təşkilatçılıq baxımından da müsbət haldır.
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO
Azərbaycanda 21 yeni peşə məktəbi hansı ərazilərdə tikiləcək? – AÇIQLAMA
Bakıda avtobuslar üçün yeni svetofor sistemi: Nə dəyişəcək? – AÇIQLAMA












